Heç bir ölüm bəyənmədim
Uddum həm ölüm əzabın,həm də ölüm nəfəsin,heç bir ölüm bəyənmədim,diz çöküm, öpüm qəfəsin.
Ölüm olanda nə olar?!Bir az gülərüzlü gəlsin,Kefimizi aça bilsin,O an ölmək istəməsək,«qaç» – deyəndə qaça bilsin.
Deyinməyin, ay bəndələr,bəlkə hələ bilmirsinizbəndələr sabahlıq deyil,çox «Allah, Allah» – da deyib,Allahın vaxtın almayın,sizinki Allahlıq deyil.
Mən gözləyən nəsə, ancaqöl günü gülüb gələcək,ölümlər yolunu kəssə,bu dünyada heç bir kəsəheç bir ölüm qalmayacaq,hamısın ölüb gələcək.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-hec-bir-olum-beyenmedim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyanın ən böyük dilçilərindən Aydını xatırlarkən və indi bulunduğu yerdə sevgilər içində olduğunu duyarkən*Bir baş daşı ardında olsaydın nə
Kipr adası – Türk kamanıYenə üzürəm göyüzündə,Göyüzündə, göyüzünün bir qırağıyla,
Uşaq və çörəkBalaca Toğrul Səxavətə*Torpağın, daşın, buzun üstdə
Diktatorlar düşünürlər ki, dövlətin ancaq bir dik başı ola bilərDiktatorlar düşünürlər ki, dövlətin ancaq bir dik başı ola bilər, qalan dik başlar isə nə dövlətə, nə də o baş yiyəsinə lazımdır.
Başqa şairlərin şeirləri · İlahi eşq
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Səadətnamə, 92عقل را نیست تاب معرفتشچون نهد نام و کی کند صفتش
Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylərNigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri