Şah sarayında doğuldu o,tənha şaha tənha oğul oldu o,qarışqatək doğulmaq,bir qarışqaya oğul olmaq istəyirdi o ancaq,yapışıb qırağından bir dən qırığının,ya bir dadlı çöpün, ya bir buğda başağınınaparmaq istəyirdi arvad-uşağına o.

Xəyalında hər gün yuvasının divarlarınıdadlı-dadlı çöplərlə hörürdü o,adamlara yuxarıdan aşağı yox,aşağıdan yuxarı baxıbadamları dev boyda, dağ boyda görürdü o,hərdən də kefindən qarışqa dilində söyür,qarışqa dilində hürürdü o.

Taxta çıxacağı gün taxtı darta-dartaçəkib apardı bir çiçəyin altına,orda şahlıq andı içdi çiçəyin göyüzünə:– And olsun bu çiçəyi açan göyüzünə!Çiçəkdən yuxarı ona baş əyən adamlargöyüzündə uçan mələklərtək göründü ona.Şahlıq andı içdi ikinci kərə:– And olsun qanad çalan mələklərə!Baxdı otların başına dırmaşan qarışqalara,onu qarışqa dilində qarşılayan qarışqalara,and içdi yenə:– And olsun qarışqa elinə, qarışqa dilinə!

O şahlıq andı içən andaayaqlarının altında qışqıra-qışqıraonu özlərinə şah seçirdilər qarışqalar da.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri