Bəlkə bir gün geri dönübYa qürbətdən, ya həbsdən,Sənin evdə olduğunuDuyacağam ilk nəfəsdən.

Ayrılıq sona yetəcək,Amma qəlbdə qəm bitəcək,Sevinc bayramı bitəcək,Ya gərəkdən, ya əbəsdən.

Birgə ömür sürəcəyik,Quştək yuva hörəcəyik,Ancaq birdən görəcəyik,Qanadlar düşüb həvəsdən.

Görəcəyik olan olub,Ayrılıqda çox şey solub,Aramıza illər dolub,Küsməyə dəyməz heç kəsdən.

Kölgəm parklarda qalacaq,Günlərimə nərd dolacaq,Yəqin inciyim olacaq,Həm Allahdan, həm “sobes”dən.

Özümü saxlayacağam,Dözümə bağlayacağam,Diksinib ağlayacağamZərlər qoşa düşən səsdən...1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran