Bəlkə də bir daha yanmaz
Bəlkə də bir daha yanmaz,İndi sönən o pəncərə,Gündə neçə işıq sönür,Gözlərimiz görə-görə.
Bizim göydə durnaların,Hər gün qatarı pozulur,Yuxular sona yetməmiş,Artıq hardasa yozulur.
Kimisə qorxu bürüyür,Kiminsə titrəyir əli,Qaranlıqda duran qaya,Qalib ölümün heykəli.
Səsdən səsə həyan olmaz,Əgər tutulubsa dillər,Daha qatar düzə bilməz,Bizim göydən keçən illər.
1985
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-belke-de-bir-daha-yanmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Viran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.
Bab olaHilal qaşlarına yüz bərəkallah,Ayın nə həddi var, ona bab ola.
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Şah-ı Mərdan didi şîr-i nər bənəmŞah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm