Yatan küçük kimi yumşaqbir ürək rahatlığı.İrəlidə nə qızmar günəş var,nə dağlardan sağılmış duman.İrəli aydın,arxa arxayın...Xoşbəxt,özü-özünə inanmayan bir gün.Özü-özünə qorxu gəlməyən,doğulduğundan utanmayan bir gün.Yaddan çıxmayıbbir küçə adı,bir telefon nömrəsi.Sağa getdin-xoşbəxtlik,sola vardın-xoşbəxtlik,irəli aydınlıq, arxa arxayınlıq.

Yerində dayanıb tərpənməsən,bircə addım atmayıb qımıldanmasan,yanından keçəndəsəndən arxayın ötüb, keçəcək Allah...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri