Hara baxır, niyə baxır,Daşda iz qoyan gözlər?İşığa apara bilməz,Daş üstə qalan izlər.

Yağış yumaz, gün yandırmaz,Bu izləri min illər.Kimsə deməz: “Daha bəsdir,Yorma daşı, dur, yetər!”.

Gecənin içində itər,Gündüzə nişan olar,İzlər gecə qaranlıqla,Gündüz işıqla dolar...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri