Ömrün qabağında durub,Bilmirəm, qapı hanı?Divarda elan görürəm:“Vse biletı prodanı...”

Gəlmişəmsə, görməliydimAxı mən də dünyanı,Hara dönüm, hara gedim,“Vse biletı prodanı...”

Qapı ağzında illərləKim saxlayır insanı?Əgər ömrün hər anına“Vse biletı prodanı...”

Buz bağlamış minarədənÖlüm deyir əzanı,Allah da keçə bilmədi,“Vse biletı prodanı...”1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri