Balaca mütəfərriqələr 13
Dizlərimi qucub tənha əyləşmək çoxdan adətimdir. Bu qərar ilə oturub mənzildə bir günü xəyalıma gətirdim yer üzündə olan müsəlman qardaşlarımın haləti-hazırını. Nə gördüm? Hər yerdə zülmət, cəhalət gördüm, tiryək gördüm, bəng gördüm, zülm gördüm; birəhm, bimürüvvət, kəmfürsət gördüm... Haqq sözü qorxuda gördüm. Şikayətləndim: Xudaya, bu qəzəb göydənmi bizə gəlib, baqidirmi, ya bizim üçün bir nicat yolu var?
– Ağlım dedi: qorxma, Dərviş, ətrafa bax, nicat yolunu görərsən... Baxdım, nicat yolunu gördüm. Nədən başlamalı? Min illərdir mənbərlərdə vəzlər oxunur. Xudaya, necə gözəl vəzlər!.. Şəriətdən, insaniyyətlikdən. Onunla belə tiryəkdən əl çəkmişik? Xeyr! Yuxudan ayılmışıq? Əstəğfürullah! Rəhm-mürüvvət artıb? Müsəlmanlığa yaxınlaşmışıq? Nə, nə, nə, nə!
Tərbiyətini vermək olmaz hər olan əsli badə,
Atsa qovsini toxtamaz daşdan yasılğan günbədə.
Bəs məlum olur ki, dərdimizə qeyri dərman da gərək. O dərman elmdir. Ancaq bal, şəkər deməklən ağız şirin olmaz, qardaşım. Elmin kitabları gərək, onları hasil etmək üçün nəqdcə pul gərək. Kitablar hazır olandan sonra kəndlərimizdə də məktəbxanalar açmaq mümkün olar. Elmlər artar tərbiyət artdıqca. Yox olar cəmi bizi təngnəfəs edən işlərimiz. Ya heydəri-kərrar, səndən mədəd!
Kifayətdir, ağa Dərviş, üzün çöndər qibləyə, qolların ucalt xudavəndi-aləmin dərgahına, elə dua və səna, yalvar o cənablara, versinlər vədə olunmuş pulları. Verin! Əbdüssəlami-qulami-millət. Dərviş sizin mərhəmətinizə qurban! Verin! Vallahı, billahı, tallahı, bundan əşrəf, bundan gözəl ehsan olmaz.
“Həyat” qəzeti, 14 avqust 1905, №50
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-balaca-muteferriqeler-13
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ağa Dərviş! İran viran olub?!Səni görüm sual sahibi, evin tar-mar olsun. Balam, nə üçün mənim naxoşluğumu təzələndirdin?.. Zəf, əsəb naxoşluğu canımı alıb, gecə-gündüz, vaxtbivaxt şeytanlar ətrafımı tutub. Biri çağırır: “İsfahan məra bəsəst”. Birisi deyir: “Ağa Dərviş, mütrüblərə bir tamaşa et”. Həyasız... nifrət edirik. Dilim gəlmir ərz edim... Deyir: “Ağa Dərviş, mərmər sərvincik... Tfu, məlun rəxti-xabdan çıxıb qaçıram dəniz kənarına. Bir kimsə yox, dəli-divanə, bilməm hara gedim. Cin və şəyatin məndən əl çəkmirlər...” Biri qolumdan dartıb hökm edir: “Bax, ağa Dərviş, bu divar altında zərd, zəif, lüt-üryan, başları altında palan yatanlara”.
Balaca mütəfərriqələr 38...Məzəmmət yeri yoxdur, kərbəlayı, ixtiyar özümdə deyil... Mən nə edim, aşkar gördüm ki, vətənim, gözəl vətənim İran viran olur.İndiyədək padşahlarımız eyş-işrətə məşğul olur, bilmərrə bədbəxt vilayəti atıblar. Cəlladlar əlində günü-gündən zillətdə, axırın bu hala düşüb mənim yazıq vətənim, biçiz vətənim!.. Bizlərdə əgər insaf, mürüvvət olmuş ola, daşürəkli gərək olmuş olaq ki, belə müsibətə qan ağlamıyaq... Bir yerdə ki qırx gün ulaq üstə Tehrana kömür gələ, bir vilayətdə ki hər şeydə möhtac olasan əcnəbi tayfalarına, qazanc yeri bir kişmiş ola, bir düyü; əlbəttə, əcnəbilər, qanını içəcəklər, günü-gündən müflis, günü-gündən məzlum, yazıq vətən!..
Balaca mütəfərriqələr 39Dost-aşnalar bəndəni görən kimi başlayırlar məzəmməti: ağa Dərviş, nə qəsidəni eşitmirik, atam, nə adını ruznamələrdə görmürük. Nə olubdur məgər? Yoxsa qeyrət çəkirsən, əfəndim?Ağacan! Dərvişin tək özünə qalanda bu fəna dünyada nə qəm, nə qüssə, üsrət... Ancaq bu axır zamanda qolda qüvvət görməyib, qılçada taqət, əbanı çəkib başıma, zor vururam xəyalata... Məsələn, əvvəl başlayıram Tehrandan, yetişirəm bargaha... Nərə çəkib ərz edirəm: Ey qibleyi-aləm şahənşah! Müqəddəs şəriətə görə padşah olan kəs gərək rəhmli, insaflı, vicdanlı, adil olsun... Hərgah bu sifətlər olmasa, onda... o cənaba ərz edirlər: Xoş gəldin, kəramətli ağa... Allah yaxşı yol versin... Xudahafiz...
Balaca mütəfərriqələr 40Xahi nə şəvi rüsva həmrəngi cəmaət şo**Yəqinən, oxucu qardaş, bu misranı eşitmisən, çünki xalq arasında çox mütədavüldür.
Başqa şairlərin şeirləri
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
BəyistanDodağın qönçədi, dişlərin sədəf,Qaşların qüdrətdən qara, Bəyistan!
Kamil paşa, kamilliyinə min barəkallahKamil paşa, kamİlliyinə min barəkallah,Etdin nə gözəl millətini xürrəmi xendan.
Dün axşamın ilhami-yetimanəsiDün axşam idi, mən gəziyordum yetim-yetim,Bir yoldaşım var idi ki: hüzn ilə möhnətim...