Balaca mütəfərriqələr 40
Xahi nə şəvi rüsva həmrəngi cəmaət şo
Yəqinən, oxucu qardaş, bu misranı eşitmisən, çünki xalq arasında çox mütədavüldür.
Demə bu misranın da əsl mənası bu imiş ki, dünyada keçinmək, güzəran etmək istəyirsənsə, camaatla həmrəng ol. Mən də misranı əzbərləyib çox vaxt özüm-özümə oxuyurdum. Amma mənasını bilmirdim.
Keçən gün bazarda bir karvansaranın qabağında bir rəfiqimlə söhbət etdikdə birdən-birə keyfim gəldi, başladım bu misranı oxumağa. Demə karvansaranın içində olan cingöz Cabbar mənim bu sözlərimi eşidirmiş.
Söhbətimiz qurtardıqdan sonra məni yanına çağırıb dedi:
– Oğlum! O nə idi oxuyurdun?
– Dedim bəs, vallah, bu mənəm həmişəki virdimdir. Amma heyf olsun ki, mənasını qanmıram.
Gördüm ki, cingöz əmi bir başını silkələyib başladı mənə nəsihət eləməyi:
– Balam, bunu yaxşı deyiblər, indi gəl bu qoca əmi də sənə bir neçə kəlmə söz desin. Əvvəla, oğlum, həmişə pullu adamla gəz, əgərçi sırf pəzəvəng olsa da, çünki camaat pullunun quludur. Əlhəzər, məbada kasıb-kusub ilə gəzəsən, vəlo in ki əxlaqda ictihad sahibi olsa. İkinci, oğlum, həmişə qolu çomaqlı ilə ülfətin olsun, çünki bir vaxtda adama lazım olar. Üçüncü, bu pencək-mencək artıq bir işdir, paltarını uzat. Bacarsan çiyninə bir əba da sal, çünki səttarül-Əyyubdur. İstəyirsən gündə otuz doqquz dəfə vərşikəs ol, meymun kimi cürbəcür oyunlar oyna. Ya adamdır, işdir birdən-birə, məsəla, bir yeşik pivədən-zaddan aparmalı oldun ki, bir balaca dilxoşluq eləyəsən. Daha onu hammala vermək olmaz! Onda, əlbəttə, yavaşca vurasan əbanın altına.
“Mirat” məcmuəsi, 19 iyun 1910, №1, səh.7
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-balaca-muteferriqeler-40
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vaqe olur həmin otaqda. İsmayıl bəy, Nurəddin ağa, Göhər xanım əyləşiblər səndəl üstə.*İsmayıl bəy**. Göhər, mən səni belə yassar bilmirdim. Yavaş görüm, nə həyabazlıq ola bilərdi? Bir kağız idi, yazardım ki, qardaş, günüm, ruzigarım belə pis keçir, nanəcib adamlara rast gəlmişik. Bir sifariş də mənə çatsa idi, bilatəxir gəlib səni aparardım, o qədər də sən əziyyət çəkməzdin...
Dördüncü məclisVaqe olur Xəlilin qovurma dükanında... Xəlil əyləşib, qabağında tas, içalat qovurur... Kəfgiri tasa döyüb müştəri çığırır...*Xəlil**. Qaşını, gözünü tükmü basıb, ay kasıb? Yeməli, nə deməli!.. İstiotlu, duzlu, narlıca qovurma... Pəh, pəh, pəh, qarın dərmanı, məcuni-İsfəhani! Pambıq kimi çörək, göy soğan, dadlı, yağlı qovurma... Cəm-cümlətani bircə manat... Pulun yox, ya xəbərin yox, ay kasıb?
Pəhlivanani-zəmanəƏhli-məclisAslan bəy – 37 yaşında, sahibi-elm, Avropa libasında*
Əvvəlinci məclisVaqe olur Cahangir bəyin mənzilində, otaq Avropa qaydasında bəzənmiş.*Əhməd** (ayaq üstə, tək). Görəsən mən olmasam bizim bu ağa Cahangir bəy necə dolanar? Əlindən nə gələr və nə qayıra bilər? Nə qayıra biləcək?.. Ağzına belə qurd düşüb acından ölər. Bu canım ölsün ki, o mənəm ki, tülək quş kimi gecə-gündüz dünyayi-aləmi vururam bir-birinə, bir xaraba qalmır ki, mən oraya baş təpməyim... Atlanıb ora-bura, hazırca gətirirəm bəyin qulluği-şərifinə, deyirəm buyur əfəndim. Belə yumşaq qulaq olmaz. (Səktə.) Başların qırxıb, qulaqların dibindən xırpıdıb yola salıram. Mənim əlimə gələn də nə olur? Bir tula payı... Afərin mənim kimi oğlana!.. Pəh, pəh, pəh! Maşallah!.. Dəxi nə deyim? (Səktə.) Xeyr aaa, belə dolanmaq olmaz ki, mən dolanıram. Belə dolanmaq olmaz. (Səktə.) O qədər çalışdım, ciddi-cəhd elədim, axırı nə qazandım? Ləqəb, o da nə? Pişik... “Pişik Əhməd”. Afərin mənim kimi oğlana!.. Maşallah, maşallah! Bərabərin ki tapılmaz (Təbəssüm ilə.) Tfu sənin içinə, a bəxt!
Başqa şairlərin şeirləri
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,