– Ağa Dərviş! Hacı sizdən təvəqqe edir zəhmət çəkib bir təqvimə baxasız, görək bu ayları necə yazıblar.

– Əyləş, kərbəlayı. Bu ayları, atam, yaxşı yazmayıblar. Qar, çovğun, tufan, zəlzələ, cəng, qırğın. Camaat üçün çox bəd. Təqvim göstərən belədir.

– Əlbəttə, belə olacaqdı, ağa Dərviş. Çünki rəhm kəsilib, himmət yox, camaatda insaf yox, ibadət yox. Yetimlər, natavanlar ayaq altında, müsəllaya çıxmaq gərək, ağa Dərviş.

– Hmmm!.. Müsəlla! Atam, xudavəndi-aləm o şəxsin duasını müstəcab edər ki, onun yolunda canından, malından keçib özünü üryan qoyub, məqami-duada cismin bilmərrə yaddan çıxarıb, bircə tək ruhu qala.

– Elə şəxs ruyi-zəmində tapılmaz, ağa Dərviş!

– O, mənə məlumdur.

– Ağa dərviş, neçə gündür səni görmürəm, necə dolanırsan, atam?

– Necə dolanıram? Bir qədər iltifat elə, kərbəlayı. Keçən gün bitəam qalmışdım, bu gün bir loğma çörək düşdü əlimə, isticə. And olsun peyğəmbərin zati-pakinə, o loğmanı o mərtəbədə ləzzətlən yedim ki, cəmi milyonçular tamam ömründə o ləzzəti görməyiblər və bəlkə görməyəcəklər də!.. Kərbəlayı! Bu xudavəndi-aləmin büsatıdır. Bizim fəhlələr çörək yeyən zamanı, parça-parça, əl böyüklükdə ağızlarına təpən zamanı heç onlara baxmısan?! Fədayi-halət! İftarın ləzzətini ki, bilirsən? Beş mərtəbə artıq. Fədayi-məqam! Fəhlə qardaş! Qəm çəkmə, bir o qədər də bədbəxt deyilsən.

– Ağa Dərviş, fəda olum sənə, Allah xatirinə, bu sözləri camaat içində danışma! Fəhlələr haqsız qalıb tələf olurlar bədbəxtlər!

– Onun haqqını kəsəni qorxuram ki, xudavəndi-aləm namərd düşmənə möhtac etsin...

– Vay, nə yaman nifrin etdin, ağa Dərviş?!

– Əhli-əyal şərməndəsi etsin.

– Kifayətdir, ağa Dərviş, Allah heç bəndəyə göstərməsin...

– Fəhlə qardaşlar! Xudavəndi-aləm sizlərə səlamət bədən versin, rahat, təmiz, isticə mənzil, bir qədər də güzəran. Nan və penir olsun. “Həm penir nanhayi-rovğəni”. Həmişə olsun. Sabahkı gündən qorxmayasınız, bizlərə, yəni müftəxorlara ruzi verən qardaşlar! Allah sizə ruzirəsan olsun. Amin!

“Həyat” qəzeti, 20 dekabr 1905, №122

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci məclis

Vaqe olur İvan bəyin evində, otaq xəlilər ilə bəzənmiş, mizlər, stullar düzülmüş, İvan bəy səndəl üstə əyləşib, dəftərxana kağızlarını bir-bir oxuyub, qol çəkib atır kənara, İsmayıl bəy və İbrahim bəy əyləşiblər... İskəndər qapının yanında ayaq üstə dayanıb.*İvan bəy**. Daha nə var, nə yox?

11 dəq
İkinci məclis

Vaqe olur bir balaca otaqda. İskəndər, bir nəfər yasavul , qabaqlarında Zinyət xanım və Səadət xanım daxil olurlar.*İskəndər**. Naçalnikin hökmünə görə siz burada qalacaqsınız. Ta Camal bəy oğlu Şahmar bəy ilə gəlib özlərini divan əlinə verənədək.

5 dəq
Üçüncü məclis

Vaqe olur meşədə. Camal bəy, Şahmar bəy, Cahangir bəy, Xəlil, İldırım, Bəkir, yanlarında Zinyət xanım, Səadət xanım gəlirlər. Hamısının əlində tüfəng, çiyinlərində yapıncı, patrondaşı iki qatar, İldırımın və Xəlilin çiynində dolu xurcunlar.*Bəkir** (Camal bəyə). Bu yerlərə mən az-çox bələdəm... Uzaq getmək lazım deyil; bax, sağ tərəfimiz sıldırım qayadır. Həmçinin sol tərəfimiz və baş tərəfimiz. Aralıq da pişikkeçməz meşə. Yuxarı yaylaqdır, aşağı köç yolu... Az-çox səlamət buradır.

12 dəq
Dördüncü məclis

Vaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng.*Camal bəy**. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək!

8 dəq

Başqa şairlərin şeirləri