Dördüncü məclis
Vaqe olur şose yolunda, meşə içində iki döngə arasında. Camal bəy yoldaşları ilə gəlir... Xanımlar kişi-çərkəs libasında, çiyinlərində tüfəng.
Camal bəy. Məsləhətimiz belə oldu: xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal duracaqlar qəlbidə, yuxarıdan və aşağıdan gələn adamları işarə ilə sizə bildirəcəklər. Aşağı döngədə Cahangir və Xəlil, yuxarı döngədə İldırım, Bəkir. Gələnlərin yaraqlarını alıb, heç bir şeylərinə əl vurmayıb, yığacaqsınız bu meydana. Şahmar olacaq qasid, bir dəyə fit verdim. Şahmar gələcək yanıma, iki dəfədə Zinyət, üç dəfədə Səadət... Oğlanlarım, bismillah! Gedək! (Gedirlər.) Xanım, sən buyur o qəlbiyə. Səadət sən də bu qəlbiyə... (İşarə nə təhər olacaq, Camal bəy göstərir.) Bismillah! Gedək!
Gedirlər.
Camal bəy (tək gəzir, gah səhnədən çıxır, gah gəlir.). Gecə-gündüz çalış-vuruş, bir parça təmiz güzəran qayır, axırda ata-baba yurdunu bərbad etsinlər, özün də ol qaçaq, əhli-əyalı sal yanına dərələrdə, təpələrdə ömür keçir. Xeyr, düşmənə əvəz etməsəm, bağrım çatlar... (çıxır, yenə gəlir. Fit üç dəfə, bir az keçmiş Səadət gəlir.)
Camal bəy. Qızım! Aşağı yolda adam görürsənmi?
Səadət. Bəli, çoxdur... Bu saat dörd furqon yaxınlaşr.
Camal bəy. Çox yaxşı.. işarə etdinmi?
Səadət. Bəli, işarə elədim, bildilər...
Camal bəy. Çox yaxşı, qızım, qaç yerinə!.. (Səadət qaçır.)
Camal bəy (tək). Düşmən qabağında ağır sözə, hərəkətə dözə bilmədim... Eybi yoxdur... Mərd kişinin başı qovğada gərək... deyərlər... Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni!.. (Gedir, yenə gəlir.)
Fit iki dəfə, bir az keçmiş Zinyət xanım gəlir.
Camal bəy. Yuxarı tərəfdə işimiz nə haldadır?
Zinyət xanım. On iki kəl, öküz arabası gəlir...
Camal bəy. Çox yaxşı, qaç yerinə... (Zinyət xanım qaçır.) Burada mənə bir-iki ləyaqətli adam lazımdır (gəzinir, gedir, yenə qayıdır). Kəndlərdə, obalarda zalım oğlu cəza dəstəsi yaradıb, arvad-uşaq qalıb kazakların əlində!.. Belə hökumətə necə tabe olasan?.. Belə müsibətlərə bais bizim bivicdan bəylərimizdir... Varam sizinlə, a bəylər! Qorxunuzdan şəhərdən kənara çıxa bilmirsiniz... Düşər əlimə fürsət! Allah kərimdir. (Fit bir dəfə, bir az keçmiş Şahmar bəy gəlir.)
Camal bəy. Qonaqların arasında bir ləyaqətlisi yoxdurmu? Olanda göndər yanıma!
Şahmar bəy. Xeyr, yoxdur... Bir cavan oğlan elə keçib, o deyir mən meşəbəyi Əşrəf bəyin adamıyam. On iki öküz arabası, yükləri pambıq. Naxçıvan duzu və dörd tay qənd-çaydır və arşın malı... Əlavə, çox əla xüşkəbərdir.
Camal bəy. Heç kəsə ziyan vurmayın, yazıqdırlar... Hər nə alsanız, pulunu veriniz... O cavan oğlanı göndərin gəlsin buraya. Gərək onlarda yaxşı xəbərlər olsun...
Şahmar bəy. Baş üstə, bu saat göndərim. (Gedir.)
Camal bəy. Fəqir-füqəranı sinsidə bilmərəm, pulsuz da dolanmaq olmur. Naəlac qalıb Avanes bəydən iki min manat, Hacı Məhəmməddən üç min manat gətirtdim... (Gəzinir.) Gərək qurtarmış ola...
Cavan oğlan gəlir.
Camal bəy. Yaxın gəl! Nəçisən? Haralısan?
Cavan oğlan. Meşə qarovulçusuyam, ağa!.. Əşrəf bəyin adamıyam.
Camal bəy. Əşrəf bəy salamatdırmı? Necə dolanır? Yaxşıdırmı?
Cavan oğlan. Şükür Allaha, sağ-salamat, kefi kök...
Camal bəy. Eşitmişəm naçalnik ilə onun arasında böyük qalmağal olub, doğrudurmu?
Cavan oğlan. Bəli, doğrudur... Hətta iş o məqama gəlibdir ki, Əşrəf bəy onun üstünə tapança çəkib: “Filan-filan şüdə, sən aləmi çaxnaşdırmısan, məlum işdir nədən ötəri... Qaz vurub qazan doldurmağa, bəylər ilə bölüşməyə”... Aralığa girib qoymadılar... İsmayıl bəyə olmayan sözləri gözünün içinə deyib: “Camal bəy quldur deyil, quldur sizin kimi olar...” Xülasə, böyük qalmağal olub. Tamam uyezd danışır.
Camal bəy. Əşrəf bəyə məndən dua edərsən və bir də deyərsən ki, o xatakünlərdən özünü gözləsin, sərhesab olsun...
Cavan oğlan. Ona nə var! İşi təmiz, özü təmiz... Heç kimdən qorxan deyil... Mənim kimi onun əlinin altında altmış oğlan var, canından, malından onun yolunda keçməyə hazır. O nədən və kimdən qorxsun ki, camaat arasında o hörmətdə heç bir adam indiyə kimi olmayıb.
Camal bəy. Bilirəm, oğlum, bilirəm... Allah dəxi artıq eləsin... Yaxşı, Sərdarov neyləyir?
Cavan oğlan. Gah arana qaçır, gah dağa. Bigünah hacılardan tutub göndərir bəylərin qulluğuna, olar da naçalnik ilə şərik olub, yazıqları soyub buraxırlar...
Camal bəy. Əlac yoxdur, ixtiyar, hökumət düşmən əlindədir... Get, oğlum, get dayan orada!.. (Cavan oğlan gedir.) Bəylər bəy olsalar, hansı naçalnik biqanun iş görə bilər?.. Camaat avam, bəylər müftəxor, bivicdan. Odur ki, əkinçilər qalıb avara, bisərpa, inək kimi sağılır... (Gəzinir, gedir, yenə gəlir.)
Şahmar bəy, qabağında bir rus xanımı və onun əri mühəndis gəlirlər.
Şahmar bəy (qıraqda). Идите, не бойтесь...
Madam. Хотя жутко, но очень красиво... Какие бравые молодцы и какие они вежливые! Просто прелесть.
Camal bəy (qabağa gedib.). Пожалуйте, мадам, не бойтесь!
Madam. С радостью подхожу к Вам. Я часто мечтала бывать в гостях у благородных разбойников. Настал желанный случай.
Camal bəy. Şahmar! Yapıncıları sər yerə, tez ol!
Şahmar bəy sərir.
Camal bəy. Садитесь, будьте дорогими гостями нашими. (Əyləşirlər.) Şahmar! Qaç, o xüşkəbərdən bir az al gətir, kağız içində, ləyaqətli, qoy qonaqların qabağına.
Şahmar qaçır.
Mühəndis. Скажите, пожалуйста, правда ли в вашей шайке есть и женщины?
Camal bəy. Есть и женщины!
Madam. Ради бога, где же они? Нам интересно их видеть...
Camal bəy (iki dəfə, üç dəfə fit verir) – Сейчас они явятся.
Bir az kesmiş Zinyət xanım, Səadət xanım, çiyinlərində tüfəng, əllərində ağacları gəlirlər.
Camal bəy. Вот это моя жена, а это дочь, 18 лет. К сожалению по русски не говорят.
Madam (Səadətə zənn ilə baxır). Взгляд сурово, смелый! Одно восхищение!.. И! Сама то писанная красавица!.. Об этой встрече я буду разговаривать везде и всюду.
Mühəndis. Да, действительно восхитательная красавица.
Madam. Разреши мне, красавица, подарить на память это кольцо, но с тем, чтобы и ты дала что-нибудь на память.
Camal bəy. Qızım! Bu göyçək xanım bu üzüyü sənə yadigar verir və səndən yadigar üçün bir şey istəyir...
Səadət xanım. Məndə bir elə layiq şey yoxdur xanıma verməyə. Hərgah qəbul etsə, bir dənə boş patron verim, onun gülləsi ilə dağda mən kəklik vurmuşam...
Camal bəy. Она говарит, что для подарка на память у нее нет ничего достойного вас, но а если примете, она даст одну гильзу от патрона, коим она застрелила на горах в лесу куропатку.
Madam. Клянусь Вам, что лучшего подарка для меня трудно было бы и придумать. За такой чудный подарок позвольте мне, красавица, поцелавать Вас. (Öpür.)
Şahmar bəy xüşkəbər gətirir, qoyur qonaqların qabağına.
Camal bəy. Что же, милые гости, угошайтесь при моих условиях, я хорошим шашлыком да вином угостил бы Вас.
Mühəndis. Лучше мы с собой возьмем, если, конечно, вы позволите.
Madam. Я по одной штуке буду раздавать знакомым и буду рассказывать откуда они.
Camal bəy. Şahmar! Get orada cəm olan qonaqlardan bir neçəsini gətir buraya. Uşaqlara da de gəlsinlər...
Şahmar bəy gedir.
Я скоро освобожу моих арестантов с извинением за причиненные беспокойства.
Mühəndis. Все хорошо, что хорошо кончится. Особенно беспокойства не было, хотя я страшно испугался, только не за себя.
Cahangir bəy, yoldaşları və bir neçə nəfər tutulanlar gəlirlər.
Camal bəy. Bizi bağışlayınız ki, sizi bir neçə vax’t yoldan qoyduq, bizim qəsdimiz yol kəsib adam soymaq deyildi... Mən istərdim ki, camaatımız, həm hökumət bilsinlər ki, naçalnik Sərdarov ölkəni qarışdırır bir-birinə, tək mənfəətləri üçün və bu qəsdlə məni həbsxanaya göndərmək istədi, mən tabe olmadım, qaçaq düşdüm, vəssalam. Quldur mən deyiləm, Sərdarovdur öz dostları ilə... Biri şərir İsmayıl bəy, piyaniska İbrahim bəy, biri lotu-bambılı Soltan bəy və qeyriləri... Mən yoldaşlarıma tapşırmışdım ki, soyğuntu olmasın. Hərgah sizlərdən bir şey alıblarsa, təvəqqe edərəm mənə deyəsiniz.
Furqonçu. Mənim furqonumdan bir qədər mal götürmüşdülər, ancaq qiymətini verdilər, Allah razı olsun.
Camal bəy. Çox yaxşı... Ta kimdən nə alıblar?
Arabaçı. Mən bir az Naxçıvan duzu bağışlamışam, olar da mənə iki qutu papiros verdilər.
Cavan oğlan. Mənim tüfəngimi almışdılar, qaytardılar, amma qırx patronumu saxladılar.
Camal bəy. Eybi yoxdur... Əşrəf bəydən alarsan...
Cavan oğlan. Canım da qurbandır sizə... Qırx patron nə böyük işdir?
Camal bəy. Прошу Вас сказать: когда Вас останавливали не взяли у вас чего?
Mühəndis. Только испугали, а взять ничего не взяли.
Madam. Я даже не испугалась, потому что все три кричали “не бойтесь”.
Camal bəy. Я блогадаря тому, что не мог выдержать беззаконного отношения ко мне уездного начальника Сардарова, вынужден был сделаться беглецом...
Сегодняшний мой поступок совершен исключительно для того, чтобы Вы довели до сведения высшей власти, что Сардаров служит не для порядка, не для обеспечения личной и имущественной безопасности вверенного ему населния, а в союзе с беками создает анархию для ограблния народа. Надеюсь, что Вы исполните эту мою просьбу.
Mühəndis. Я даю Вам честное слово, что сейчас же по приходе в город напишу громовую статью не только в местные, но и в столичные газету. Смешаю с грязью вашего врага Сардарова и его авторитет, Исмаил бека, Ибрагим бека, Султан бека и другие.
Madam. А я даю слово, куда бы я не поехала, с кем не встретилась, везде и всюду сообшить, что я слышала и видела здесь.
Camal bəy. Надеюсь на Вас и прощаюсь с Вами. Желаю Вам счастливого пути.
Ay uşaqlar, siz də bizi bağışlayın, Allah yaxşı yol versin! Bismillah! Gedək.
Gedirlər.
Madam. Миша... посмотри какие бравые молодцы, что красота...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-kecmisde-qacaqlar-dorduncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əhvalat vaqe olur Səlman bəyin otağında; Səlman bəy əyləşib otağın bir tərəfində, yanında dəftərxana kağızları. Səlbnaz xanım oturub bir tərəfdə, yanında podnos və neçə stəkan-nəlbəki.*Səlman bəy** (saata baxır). Səkkiz tamama qalıb beş dəqiqə. Əzizim, sənin samavarın gec oldu, mən gedim. Bu gün poçt günüdü, tamam çinovniklər yığılıb.
İkinci məclisFatma xanım tək, evi süpürə-süpürə.*Fatma xanım**. Keçən zamana necə gözəl zamana idi... Biz dörd gəlindik evdə... Hamımız qayınanamızın qabağında əli bağlı, satın alma qul kimi... Əlimiz-əlimizin üstə, üzüörtülü buracan. (Döşünü göstərir.) Kimsənin cürəti nəydi bir kəlmədən artıq danışsın! Bəli, xeyr. (Süpürgələyir.) O zamanda xeyr var idi, bərəkət var idi. Bir kəlmədən artıq danışanda deyirdi:. Ay hey, yolunu itirmə, düz tərpən!.. Gəlinlər də dinməz-söyləməz (əlini vurur ağzına), guya ki, laldılar... İndi gəl, tamaşa elə. (Süpürgələyir.) Bu zamananın gəlinləri belə otur kaftar, elə dur biiman, axıratsız! Tumanlarını elə fırladırlar, az qalır ki, göz tökələr... (Süpürgələyir.) Odu ki, bərəkət qalmayıb da... Bəs bu çiçək, qızılcıq, boğazağrısı nədəndi?.. Hamısı tamam onnandı ki, böyüyün üzünə ağ olurlar. Bu zamanın gəlinlərinin üzdərinə daş yamansın, üzdərini qara yer örtsün. (Qapıdan Səlman bəyin səsi gəlir.) Ələkbər, Ələkbər! (Fatma xanım süpürgəni atıb küncə, tez oturur bikef, iki əlləri ilə başını tutur.)
Üçüncü məclisSəlman bəy** (tək, gəzinə-gəzinə). Dünyada əvvəlinci düşmən odu ki, qeyrətə, namusa dəymiş ola, rahatlığa və güzarana mane ola. Həzərat, and olsun Allaha, mən elə işi düşmənə də arzu eləmərəm. Bu gündü, hansı ki, mən çəkirəm?.. Düşmüşəm od-yalovun içinə. Öz evimdə nə insaf görmürəm, nə mürvət, nə ehtiram, nə məhəbbət və nə də mədara. Qalmışam naçar... Vurub özümü öldürsəm, namazıma da duran olmaz, goruma söyərlər. Öldürməzsən, başına nə çara qılasan? Bir tərəfdən bir yetimi götürüb külfət olmuşam, boşarsan, olu bədbəxt və bitəqsir, onu necə boşayasan, o biri tərəfdən ana... İnsan oluncan at olaydı adam, heç olmasaydı nə olurdu... (Başını tutub oturur. Səttar və Şamama xanım daxil olurlar.)Şamama xanım** (yıxılır Səlman bəyin ayağına). Səlman bəy, atam-anam sənə qurban, məni başına çevir, mənə bir əlac elə, mən tab eləyə bilmirəm, canım gəlib boğazıma. (Ağlayır.)
Təzə əsrin ibtidası(Qəziyyə, 4 pərdədə)*Əfradi-əhli-məclis
Başqa şairlərin şeirləri
Ey istəyən yari, sevən dildari,Mülki-məhəbbətdə gərəkdir ixlas.
Yarü meyü novbahar, yarəb, olamı?Yarü meyü novbahar, yarəb, olamı?Budur mana ixtiyar, yarəb, olamı?
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.