Cümə günü Tağıyev teatrında oturdum və “Ölülər” pyesinə diqqətlə baxdım. Pyesin əsas qəhrəmanları – bir tərəfdən təhsilli müsəlman, kefli İskəndər, o biri tərəfdən “ölüdirildən” Şeyx Nəsrulladır ki, onu şeyxin möcüzəsinə inanan, hər dəqiqə əlini və ayağını öpən avam camaat əhatə edir... Camaat öz yaxın adamlarının diriləcəyinə inanır.

Sarsıdıcı və eyni zamanda çox kədərli bir mənzərə.

Camaat qarşısında hər cür yeməkdən imtina edən, ancaq iki-üç xurma ilə dolandığını bildirən şeyx xəlvətdə plov tələb edir, həm də köməkçisinə işarə ilə başa salır ki, “tək yata bilməz və siğəyə (müvəqqəti kəbin) ehtiyacı var”.

Şeyxə heç bir şeyi müzayiqə eləmirlər. Həmin gün ona üç nəfər doqquz yaşlı qız “siğə” olunur.

Özümü çətinliklə saxladım. “Əclaf!” – deyə çığırmaq istəyirdim.

Fırıldağının üstü açılacağını hiss edən şeyx aradan çıxır...

Onun doqquz yaşlı “siğə” arvadları acı göz yaşları tökürlər. Əlbəttə, şeyx üçün yox, özlərinin ləkələnmiş isməti və məhv edilmiş həyatı üçün.

Kefli İskəndər qışqırır: – İndi növbət mənimdir. Ölülər! Budur sizin qızlarınız. Gəlin aparın!

Valideynlər pərt halda qızlarının əlindən tutub aparırlar.

Ürək parçalayan səhnə...

Bu gözəl pyesin təfərrüatı üzərində dayanmıram. Amma əsrlər boyu dini fanatizmə əsaslanaraq bədbəxt müsəlmanları tam cəhalətdə saxlayan Şeyx Nəsrulla kimi şəxslərin şarlatanlığını qamçılayan belə bir əsərin yaranmasını görüb şadlığımı ifadə etməyə bilmirəm.

“Kaspi” qəzeti, 1 may 1916, №97

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri