“Ölülər”dən alınan təsir tamdır. Bu əsərdə olduğu kimi cahil şeyxlərin təəssüb və şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana bilməzdi də. Yalnız şeyxə müqabil çıxarılan kefli İskəndər, məncə, əsərdə olduğundan ziyadə şeyxi tərzil etməli, hiylələrini daha şiddətlə üzünə vurmalı idi. Fəqət təkrar edirəm ki, “Ölülər” draması həyatdan alınmış, iqtidarla yazılmış, tam təsir bəxş edən bir əsərdir.

“Açıq söz” qəzeti, 1 may 1916, №173

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Balaca mütəfərriqələr 39

Dost-aşnalar bəndəni görən kimi başlayırlar məzəmməti: ağa Dərviş, nə qəsidəni eşitmirik, atam, nə adını ruznamələrdə görmürük. Nə olubdur məgər? Yoxsa qeyrət çəkirsən, əfəndim?Ağacan! Dərvişin tək özünə qalanda bu fəna dünyada nə qəm, nə qüssə, üsrət... Ancaq bu axır zamanda qolda qüvvət görməyib, qılçada taqət, əbanı çəkib başıma, zor vururam xəyalata... Məsələn, əvvəl başlayıram Tehrandan, yetişirəm bargaha... Nərə çəkib ərz edirəm: Ey qibleyi-aləm şahənşah! Müqəddəs şəriətə görə padşah olan kəs gərək rəhmli, insaflı, vicdanlı, adil olsun... Hərgah bu sifətlər olmasa, onda... o cənaba ərz edirlər: Xoş gəldin, kəramətli ağa... Allah yaxşı yol versin... Xudahafiz...

19091 dəq
Balaca mütəfərriqələr 40

Xahi nə şəvi rüsva həmrəngi cəmaət şo**Yəqinən, oxucu qardaş, bu misranı eşitmisən, çünki xalq arasında çox mütədavüldür.

19101 dəq
Balaca mütəfərriqələr 41

– Atam, qardaşım, Allah xatirinə belə nalayiq sözləri danışma, kənara qoy, güclə təzə-təzə bir balaca nuraniyyət görünür. Allah xatirinə, o nuraniyyəti payimal etməyə qəsd etməyiniz. Amandı, bir millət üçün bir qeyri-nicat yolu qalmayıbdır, məgərinki elm! Yoxsa, atam, vallah, billah, qiyamətəcən zülmatdan çıxa bilmirik. Gələcəkdə özgələrin əllərində əsir olarıq.– Min dəfə deyəsən, ağa Dərviş, məni inandıra bilməyəcəksən. Uşaqlarımız oxuyub, axırda onlardan nə olacaq?! Oxuduqca dinimiz, millətimiz əldən gedir. Görmürsən ki. elmdən necə fəsadlar törəyir?.. Yox, yox, ağa Dərviş nahaq danışırsan...

19112 dəq
Balaca mütəfərriqələr 42

– ...Vallah, qardaş, çığırmaqla, yalvarmaqla, nalə etməklə bizi xabi-qəflətdən ayıltmaq mümkün deyil... Min illərcə yaxşı vəzlər, axır zamanlarda şairlərimizin, mühərrirlərimizin nalələri onlara əsər etməyib. Sən bir qərib, bixəbər dərviş nə edə bilərsən? Qardaş, bu bir çətin məsələdir, bizim kimi adamların işi deyil, atam...– Kərbəlayı! Qardaşım! Mən neyləyim belə öküz kimi, gomuş kimi ömr keçirməyi bacarmıram. Hal-hazırımız ciyərimi odlayır, vallah, tab gətirə bilmirəm... Buyurursunuz danışma! Necə danışmayım, ay qardaş? Belə mənim qabaqda gələn övladımıza rəhmim gəlir. Belə biixtiyar danışıram... Danışmaya bilmərəm. Elə, bax, götür darülfünunları, ali məktəbləri qurtarıb bizim şəhərimizə təşrif gətirən bəzi cavanlarımızı.

19112 dəq

Başqa şairlərin şeirləri