İkinci məclis
Səhifə 1 / 2
Vaqe olur Aslan bəyin otağında, Avropa qaydasında bəzənmiş. Divara tərəf miz, ətrafında səndəlilər, miz üstündə cürbəcür əntiqə şeylər. Qapılarda, pəncərələrdə pərdələr, xəlilər. Aslan bəy tək səndəli üstə əyləşmiş, başı açıq, əlində papiros, fıştırıq çalır.
Aslan bəy. Да а аа... Иначе невозможно... Дальновидность орла необходима, быстрота ястреба... Нельзя зевать, тогда, когда люди никому очнуться не дают – ловят на лету... Везде речь только о миллионах: еще бы!.. За переуступку дела Подлезский получил 75 т. рублей отступного. Шутка сказать, в два дня, не тратя ни одной копейка, палец о палец не ударяя, получить 75 т.! Ныряев Петя тоже самое. Досадное же всего то, что Микиртум Каспарич продал свое сравнительно небольшое дело за 3½ миллиона-мужичье и 3½ миллиона. Hay-hay... Hacı Sadığın dövləti məndə olaydı, onda görərdilər analar necə oğul doğublar... Qoyardım ki, mənsiz belə işlər olaydı?! Qoyardım ki, firənglər, ya ingilislər özbaşına burada iş götüreydilər?! Heç vaxt!.. Nə edəsən?! Ah, Allah kərim padşahdır. Нечего Бога гневат, и мои дела идут недурно. (Zəng vurur. Qulu daxil olur.) Bircə bax, Qulu, sən bir iş elə. Balaca kəndli Qurban kişini tanıyırsan ki?
Qulu. Bəli, tanıyıram.
Aslan bəy. O irəli bir yol da bizə gəlib, yadımdan çıxıb, bilmirəm nə işdən ötrü.
Qulu. Onun atmaral ilən işi var idi.
Aslan bəy. Afərin, özüdür...
Qulu. İndi bu saat şəhərdədir... Onun bir az yeri var, dəllallar hər tərəfdən əhatə edib nəfəs almağa macal vermirlər, kişini təngə gətiriblər...
Aslan bəy. Afərin, yaxşı duymusan... Bəs dəllallar nəfəs çəkməyə macal vermirlər, hm... xa, xa, xa!
Qulu. Mən onu dünən gördüm və danışdırdım. Söz verdi ki, bu gün gəlsin. Bir az da pul verdim.
Aslan bəy. Qulu, bilirsən nə var? Durmaq yeri deyil. Get, onu bu saat tap gətir, yer deşiyində də olsa, gərək tapasan, yoxsa əldən çıxar.
Qulu. Baş üstə, gedərəm. Ancaq yəqin bilirəm ki, özgə yerə getməz, bu saat gərək buraya gəlsin.
Aslan bəy. Getsən yaxşıdır, etibar etmək olmaz. Durma. (Qulu gedir.) Yayın istisi, beyin boşalmış, ağıl gözdə... Hər fənnin var işlət də! Ведь иногда весь успех зависит от одной минуты.
Aslan bəy (zəng vurur. Qulu daxil olur). Qulu, o yerin kağızını aldınmı? Tapşırmışdım hazır eləsinlər.
Qulu. Hansı yeri buyurursuz?..
Aslan bəy. Sənə bağışladığım şəhər yerinin kağızını.
Qulu. Xeyr, hələ almamışam.
Aslan bəy. Kağız gərək indi hazır olmuş ola, gedib alarsan... Yer yaxşı yerdirmi? Qulu, bir beş min manata dəyərmi?
Qulu. Heç onu beş min manata da vermərəm.
Aslan bəy. Çox şadam... O qonşuluqdakı yer hələ dururmu?
Qulu. Bəli, durur.
Aslan bəy. Bir bil gör neçəyə almaq olar, pul verim, onu da alıb qatarsan o yerə.
Qulu. Billəm.
Zəng vurulur.
Aslan bəy. Gör kimdir, Qulu. (Qulu gedir.) Кули в восторге от городского участка... Да необходимо задобрить и Лачина и Джангира. Иначе нельзя. Богатейшие участок у моего Курбанчика. Да а... Но если только удастся... Неть не уйдешь от меня мой старикашка Курбанчик, не уйдешь!
Laçın bəy (çöldən). A Qulu, bəy evdədirmi?
Qulu. Bəli, evdədir (qapını daldan açıb), buyurun.
Laçın bəy (daxil olur). Xa, xa, xa!.. Xa, xa, xa!..
Aslan bəy. Genə nə var a kəndirbaz, nəyə gülürsən? Əyləş görək. (Qalxıb əl verir.)
Laçın bəy. Gülməyib nə eləyim a balam? İndi bu saat Məhəmməd mənə rast gəldi. Başladı ki, a bəy, mənim yüz min manata dəyən şəhər yerimi tovlayıb əlimdən aldınız, verdiniz yüz iyimi manata, indi gedirəm, deyir, Aslan bəyin qapısına, məni iti məsciddən qovan kimi qovdular. Allah, deyir, belə zülmü qəbul elər?.. Allah sizin evinizi yıxsın!.. Sən öləsən ağzından od tökürdü. Qorxuram bizi bir gün küçədə basıb pakizə döyələr də. Ona bir min manat vermək lazımdır, Aslan.
Aslan bəy. Adın Laçın bəy, özün yapalaqdan aciz!.. Kim cürət edib əl tərpədə bilər?! Əlavə, mən ölüm, insaflı danış, onlara dövlət nə lazım? Çirkli libaslarınamı yaraşar dövlət, ağıl-kamallarına yaraşar, yoxsa sir-sifətlərinə? Qoy dövlət keçsin bizim əlimizə, onu bir ağız ləzzətilə ağayana xərc edək. Görsünlər ki, dünyada dolanmaq nəyə deyərlər... Mən ölüm belədirmi? Yaxşı demirəm?
Laçın bəy. Толковать нечего, разумеется так... Скажи пожалуйста, Аслан, как с Имамкули беком, поддается или нет?
Aslan bəy. Yavaş-yavaş deyəsən tələyə yaxınlaşır. Görək.
Laçın bəy. Bizə də bir şey olacaq, yoxsa yox?.. Lotunu inandırmışam. Hər nə deyirəm deyir belədir.
Aslan bəy. Какой же ты чудак, Лачин, ей богу. Да разве можно такую глупость сказать! Я разве когда-нибудь жалел для них что-бы то ни было? Свинья же ты после этого!..
Laçın bəy. Ладно, не сердись и не ругайся! Я пошутил... Слышал, Аслан, новости? И Карапета на Баилов отправили с целой его шайкой, человек до 30, да еще Довлатбазова, все за кражу мазута. Оказывается весь Черный Город занимается кражей нефти.
Aslan bəy. Слышал, но я тебе откровенно скажу, что я по крайней мере, никого из них, не виню: всякому жить хочется, это так естественно и против такого явления могут возмушаться только разные писаки в роде наших...
Laçın bəy. Ну, брат, все же так хочешь, образованным то людям во всяком случае не подобало да еще вполне обеспеченным...
Aslan bəy. Не фантазируй, пожалуйста, в наше время кто не ворует? Не воруют одни дураки...
Laçın bəy. Говарят, что Ага Шариф послан в тюрьму сказать Наибову, что ему остаётся одно верное средство: петлю на шею. Вот мой совет о помощи.
Aslan bəy. Глупейшая фантазия и больше ничего! Он обладает миллионами, легко ему советы давать, да и такие бессмысленные.
Laçın bəy. Xudahafiz mən getdim.
Aslan bəy. Xoş gəldin, get ancaq bundan sonra ağlına zor vermə...
Laçın bəy. Axşam klubda səni gözləyirəm. Bir vacib iş də var, gəl.
Aslan bəy. Çox pakizə, gəlləm... (Laçın bəy gedir.) Sən öləsən, ağa Laçın bəy, sənin özünə də axırda bir badalaq qurmağım var... Əlinə bir az yer salıbsan, çox atlanıb-düşürsən, gözün ayağın altını görmür. Bir az dayan!.. Ах, боже мой, чуть было не забыл. Сегодня 8-ое. Непременно нужно дать одну телеграмму в Тифлис князу, другую... да... в Коджоры. Его превосходительству и третью... куда?.. В Питер, Светлейшему. (Telləri yazıb, sonra oxuyur.) Чудесно, лучше и не надо. Русская аристократия черезвычайно милые и симпатичные люди, сколько в них деликатности, восхитительной простоты и благородства. Прочитав телеграмму, скажут: “татарин”, но в нем ничего татарского нет. Что значит воспитание и образование... Грешно с такими милыми господами прекратить связь и знакомство. (Zəng vurur. Qulu daxil olur.) Qulu, fayton götür, bu telləri yola sal.
Qulu. Bəli, apararam... Ancaq Qurban kişi gəlibdir. Çörək-zad verdim yedi.
Aslan bəy. Çox pakizə. Gətir içəri, qoy otaqlara tamaşa eləsin, görmədiyi büsatı görsün, mən də bir azdan sonra gəlləm. (Gedir.)
Qulu (qeyri qapını açıb). Kişi, gəl içəri. Başmaqlarını çıxar, nə qayırırsan?.. Bəri gəl, bax, bura əyləş.
Qurban (daxil olub və büsata baxır). A Qulu, başına dönüm, məni qoyaydın qapıda duraydım, bəy çıxanda dərdimi ona çöldə deyəydim, məni buraya neyçün gətirirdin? Adam az qalır dəli-divanə ola! Ömrümdə mən belə büsat görməmişdim, belə də şey olarmı?
Qulu. Ayyyy... Nə qoyub, nə axtarırsan?! Hələ gözə görükən budur. Bir tamaşa elə, gör nələr var! Buraya bax, o küncə bax.
Qurban. Pah, pah, pah!.. Belə də dəsgah olarmı? Başına dönüm, bu yuxudur görəsən, a Qulu, yoxsa aşkardır?
Qulu. Hələ burada nə var ki? Bir bəri dur, tamaşa elə, gör bu evdə nə zinət var, nə dövlət var. O şəkli görürsən? Heç bilirsən onu bəy neçəyə alıbdır? Bilirəm, inanmayacaqsan... Ona veribdir altı min manat.
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-pehlivanani-zemane-ikinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
...Atam, mən kərrat ilə özümə söz verirəm ki, bundan sonra bir kəsin fikrinə qalmayım, çünki deyirəm belə fikirlərdən bir şey çıxmır. Amma nə edəsən ki, olmur, yenə başlayıram fikri.Deyirlər: el dərdinə ağlayanın gözlərinə qan damar... Bu məsələ doğru da olsa, mən yenə fikir etməməyi bacarmıram... Necə fikir etməyim ki, mənim uşaqlarım var. Gələcəkdə onlarla nə faciələr, nə müsibətlər ola bilər? Bu sual məni dərin fikirlərə salır. Oluram bədxab, özüm də yata bilmirəm. Gah gücü dağa aparıram, gah dağdan endirirəm. Nə qədər fikir edirəm, işin axırını yaman görürəm. Cəmi tayfa elmdə, ticarətdə irəli gediblər, mənim övladım isə qalıb geridə. Heç ümid yoxdur ki, onlar da karvana yetişsinlər. Fikir edib qalıram başıma döyə-döyə. O qədər fikir edirəm ki, axırda görürəm guya bədənim yoxdur. Sonra başlayıram özümə təsəlli verməyə. Xəyalıma bir nağıl gəlir: keçənlərdə, bir gün dənizdən bir pəncə görünür imiş. Bu əhvalatı hakimi-vilayətə xəbər verirlər. Ondan sonra başlayırlar pəncəyə tüfəng, top atmağa, amma pəncə dayanır. Tüfəng, top isə pəncəyə əsla əsər etmir. “Bu nə əlamətdir” – deyib camaat həyəcana gəlir. Bir gün bir şəxs dəniz kənarına gəlib iki barmağını pəncəyə tərəf qaldırır, haman dəqiqə pəncə yox olur. Bu xəbər çatır hakimə, o da hökm edir ki, o şəxs gəlsin onun yanına, görək bu necə işdir. O şəxs gəlib hakimə ərz edir ki, o pəncənin fikri bunu qandırmaqdır ki, əgər beş adam camaat işində birləşsə, hər bir şəhərimizin işinə də əncam edə bilərlər. Mən ona cavab verdim ki, iki nəfər də dost olsa kifayətdir. Pəncə mənim fikrimi qəbul edib yox oldu...
Balaca mütəfərriqələr 50Məndən sual edirlər: nə əcəb neçə vaxtdır ki, nə yazmıram, nə danışmıram?Qardaşlarım! Yazmağa qolum yorulub, danışmağa dilim bağlanıb. Əhvalım pərişan, ciyərim şan-şan... Necə ki qanadı sınmış quş uçmağa qadir olmuyub, yerdə tək qanad döyüb sürünər, necə ki, beli əzilmiş, başını gah sağa, gah sola çırpar, mənim də halətim o cürə olubdur... Hal-hazırımızı xəyala gətirib başımı gah sağ dizim üstə, gah sol dizim üstə qoyuram, zor verirəm ağlamağa və keçən babalarımıza yaman deməyə... Lənət oxuyuram o rəislərimizə ki camaatı cəhalətdə, avamlıqda saxlayıb, “dünya beş gündür, beşi də qara” – deyib, ancaq eyş-işrətə məşğul oldular... Necə heyvanlıq, necə bədbəxt halət!.. Rəisimizə baxınız, ruhanilərimizə baxınız... Əlim yorulmuş, dilim bağlı, nə deyim?.. Bircə dəfə, bağışlayınız, bir evdə bir cənaba rast gəldim (keçən vaxtın əhvalatıdır).
Balaca mütəfərriqələr 51...İnsan, kərbəlayı, ömr edib qocaldıqca keçən səhvləri yad-bud edib, çox vaxt öz-özünü məzəmmət edir. Deyir: kaş filan, filan işləri görməyeydim. Filan, filan əməlləri etməyeydim... Buna nə deyirlər, kərbəlayı! “Daldan atılan daş topuğa dəyər!”. Səhvsiz insan olmaz, doğrudur. Amma iş onun qədərindədir. Şəkk yoxdur ki, nə qədər insanın ev tərbiyəsi layiqincə, elm yolu ilə olsa, bir o qədər onun səhvi az olar. Ona görə də ömrünü asudə, xoş, bafayda aparar. Vay o şəxsin övladının halına ki özü cəhalətdə qalıb, ev tərbiyəsinin, elmin faydasını qanmayıb, övladını qaranlıqda qoyub, o dünyaya apara... Belə fərmayiş edirlər: “Keçən günə gün çatmaz, calasan günü günə”. Bilirsən, kərbəlayı, bu sözləri kimlər oxuyur? Zəhmətsiz, bişüur ömürlərini keçirib, çətin günlərə çatmışlar. Bu sözləri mən özgə cür oxuyuram: “Keçən gündən veyl gün olmaz, toplasan babalarımızı bir yerə”. Babalarımızın fikri olub yeyib-yatmaq və bolluca arvad almaq, xoruz, qoç döyüşdürmək, dərviş nağılına qulaq asmaq, ilan oynadanlara tamaşa etmək və belə bivec, layənşüur ömrün adını qoyublar “keçən günə gün çatmaz...” Hay, hay!.. Kərbəlayı, övlada atanın qabiliyyəti çatar, atanın xasiyyəti və hər bir yaman, yaxşı sifətləri.“Aqibət gürgzadə gürg şəvəd,
Balaca mütəfərriqələr 52Nə xoş günlər idi, nə gözəl ruzigar idi! Libas ağ, saçlarım qıvrım, bir əlimdə təbərzin, bir əlimdə kəşkül girirdim meydana...– Mövlayi-mən!
Başqa şairlərin şeirləri
Görən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Bir, iki, üç kərəSöyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.
Qarabağlı Mehdi bəyə yazdığı müfəssəl həcvdən bir neçə parçaBunca kar idi saldın arəyə sağ olmaQoşulub hər dəliyə sən dəxi sərsağ olma