Səhifə 2 / 2 · 50%

Hacı Qəmbər. Get, axşama düşərsən və mənim tərəfimdən çox dua apar.

Mahmud. Baş üstə, dua göndərən sağ olsun. (Gedir)

Hacı Qəmbər. (tək, pəsdən oxuyur):

Ey dil, qərar gir ki, çe vəqti-təpidənəst?
Ey didə, xun məbər ki, həngami-didənəst. Axır ki, çatdım arzuma, şükür xudaya. Dilbər də bir az atılıb-düşər, sonra yumşalar, hər bir iş düşər öz yoluna. Mən qələt elərəm bir də Hacı Salmana yaxın gedərəm. Nə lazım özümü artıq zəhmətə salım. (Qapını açıb baxır.) Bu Cəbi məlun oğlu getdiyi yerdən qayıtmaz da... Bilmir ki, mən bu saat nə iztirabdayam. (Oxuyur.)

Mən bəsteyi-zülfəm, mənə zəncir nə lazım,
Öldür məni qurtar, belə təxir nə lazım?

Molla Səfi (daxil olub). Salam əleyküm, hacı.

Hacı Qəmbər. Əleykəssalam, Molla Səfi. Siz bu evə çox xoş gəlmisiniz! Buyurun, buyurun görək.

Molla Səfi (əyləşib). Bu saat Cəbi dedi ki, hacının sizə bir işi düşüb, tez buyurun oraya.

Hacı Qəmbər. Bəli, sizə bir xeyir işimiz düşübdür. Çox əziz olasınız ki, tez təşrif gətirmisiz.

Molla Səfi. Mən həmişə sizin qulluğunuzda hazır varam. Özünüz bilirsiniz ki, mənim sizə nə qədər məhəbbətim var. Allah özü şahiddir ki, mən həməvəqt sizə duaçı varam, heç sizi yadımdan fəramuş elərəm?

Hacı Qəmbər. Allah imanınızı kamil eləsin... Mən sizə bir işdən ötrü zəhmət vermişəm... Mən bir yetim qız, atasız, anasız saxlamışam, lap bir tikə vaxtından. İndi yetişib yekə qız olub. Özünüz bilirsiniz ki, şəriətə görə biz olmuşuq bir-birimizə naməhrəm. Ona görə lazım gəlir ki, onu bir növ xoşbəxt eləyim.

Molla Səfi. Yəqin ki, hacı, qızı ərə vermək xahişiniz var... Afərin, səd afərin... Vallahı bir elə iş görürsünüz ki, guya behiştin bir guşəsin satın alan kimi, çox gözəl, tərifəlayiq işdir.

Hacı Qəmbər. Xeyr, mənim fikrim onu evdən çıxarmamaqdır.

Molla Səfi (diz üstə qalxıb). Pəh, pəh, pəh!.. Buna, bax, heç sözüm yoxdur... Afərin, maşallah! Belə işin nə qədər savabı var, heç bilirsiz? Pəh, pəh, pəh! O qədər savabı var ki, yer ilən göy arası tutmaz!.. Görək, hacı, kəbin nə vaxt olacaq?

Cəbi daxil olur.

Hacı Qəmbər. Mən elə sizə məhz ondan ötrü zəhmət vermişəm. Xahiş eləyirəm ki, elə bu saat tamam eləyəsiz.

Molla Səfi. Çox yaxşı, çox gözəl, çox pakizə və çox mübarək... Allah xeyir versin, ömri-tulani əta eləsin... Bu gün, elə saat da çox xoşdur... ay Cəbi, bu qutudakı nəmənədir?

Cəbi. Nabatdır, ay Molla Səfi.

Molla Səfi (təbəssümlə). Çox pakizə... Bəs bu qəndin çayı hanı?

Hacı Qəmbər (beş manat çıxardıb). Bu beş manat da olsun çay pulu!

Molla Səfi. Pəh, pəh, pəh! Çox mübarəkdir, Allah boya-başa çıxartsın... Yaxşı... Hacı, görək qız özü bu saat haradadır və bu işə razıdırmı?

Cəbi. Qız evdədir və özü bu işə razıdır. Mən də onun vəkiliyəm.

Molla Səfi. Çünki bu işdə artıq savab var, lazım gəlir ki, şərən olsun... Ola bilərmi qız özü gəlib rubəru razılıq versin və mən də tamam eləyim.

Cəbi. Mən ərz eləyirəm ki, qız öz dililən yanımda iqrar eləyib və məni özünə vəkil tutub. Mehri də olacaq yüz əlli əşrəfi.

Molla Səfi. Yəni nə eyib elər, qız gəlsin dursun o qapıda və bir kəlmə desin ki, mən bu işə razıyam, ya ki, elə işarə eləsin, kifayət elər... Mənim xahişim odur ki, bu gözəl iş şərən olsun, vəssalam... Cəbi, qızı çağır gəlsin... Hacı, qoy mən deyən olsun... Savabı artıqdır.

Hacı Qəmbər (kənara). Mollaların elə bu füzulluğu mənə xoş gəlmir. (Cəbiyə.) Cəbi, o qızı çağır gəlsin buraya.

Cəbi. Baş üstə, çağırım... Hərçənd lazım deyil idi. Çox vaxt belə də keçər... (Gedir.)

Molla Səfi. Nə əcəb xəyalınıza gəldi bu gözəl iş?.. Hacı, sənin başın üçün, bu bir elə işdir ki, hər kim eşitsə afərin deyəcək. Əlavə, bu işin həm bu dünyada, həm axirətdə xeyri var.

Hacı Qəmbər. Əlacım yoxdur, yazıqdır, neyləyim? Qorxuram verim özgəsinə bədbəxt ola... Bu zəmanədə adamı tanımaq çətindir.

Cəbi (hövlnak daxil olur). Ay ağa, başına dönüm, cürət edib deyə bilmirəm, qız evdə yoxdur, qızı aparıblar...

Hacı Qəmbər (başına vurub). Vay, evim yıxıldı!.. Bu dəqiqə qızı Mahmud apardı... Tüfəngi bəri gətir. Ay gədə, dalımcan gəl, ay gədə! (Gedə-gedə.) Vay, evim yıxıldı!.. Zalım oğlu Mahmud!.. (Gedirlər.)

Molla Səfi (tək). Pəh, bu olmadı ha! Mənə deyən gərəkdi, həpənd, bu nə şəriətbazlıqdı... Kəbinini kəsəydin qurtaraydı gedəydi... Ölardı hacının halal övrəti, gədə aparseydi də, geri almaq mümkün idi. Biçarə kişinin ovqatı təlx oldu... İndi mən şeyləri neyləyim. Aparmayım, mənə nə borc, mən zəhmət çəkib gəlmişəm, öz borcumu yerinə yetirmişəm. Qızın qaçmağına mən ki, müqəssir deyiləm... Sən öl, aparacağam. (Pulu qoyur cibinə, nabatı bağlayır dəsmala, qəndi alır əlinə, hazırlaşır getməyə.)

Cəbi (daxil olub). Yavaş-yavaş, ay molla! Sən o şeyləri hara yığışdırırsan, başına dönüm?.. Yəni it getdi, ip də getsin? Elə zad ola bilməz. Şeyləri qoy yerə, pulu bəri ver! Rəhmətliyin oğlu, sən lap ağ eləyirsən!

Molla Səfi. O nədəndir, əzizim, Cəbi? Yəni qızın qaçmağına mən müqəssir deyiləm ki! Zəhmət verib gətirmisiniz, haqqımdır aparıram.

Cəbi. Rəhmətliyin oğlu, sən zarafata salmısan nədir? Vallah, hacı adamın dərisinə saman təpər.

Molla Səfi. Sən öləsən, Cəbi, göydən mələk yenə, mən bir zəqqum da vermərəm, nahaq özünə zəhmət vermə.

Cəbi. Sən öləsən, molla, heç elə fikirlərə düşmə! Qoymaram qədəmini çölə qoyasan! Yaxşısı odur ki, davasız, qeylü-qalsız şeyləri yerinə qoyub təşrif aparasız.

Molla Səfi. Mən ölüm, Cəbi, sən gəl mənə bu zülmü eləmə, atamın ərvahına, iki Quran xətm elərəm sənin valideyninə. Belə dur, gedim. Ay kişi, sən nə təhər adamsan! Mən ölüm, belə dur!

Cəbi. Heç vaxt olmaz, sən öləsən!

Molla Səfi. Ala, bu beş manat da sənin olsun, Allahın dərdi-bəlası da... Di belə dur, gedirəm. A kişi, belə dur deyirəm sənə! (Cəbini itələyib çıxır, qəndi və nabatı aparır.)

Cəbi (tək, əlində beş manat). Xa, xa, xa!.. Hacı, get ay batandan sonra gəl! Nə qəribə iş oldu. Qoçağım Yetər hacıya nə yaman turp əkdi... Bu beş manatdan Şahsənəmə bir başmaq, Gülsənəmə bir yaşmaq. Dilbər xanımı muştuluqlayıb, özümə də ondan bir tula payı. Allah dadına yetsin Yetərin! Vəssalam.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Balaca mütəfərriqələr 44

Doğru buyurursan, kərbəlayı, amma “bağa çanağından çıxıb, çanağın bəyənmir” – məsəlinin qeyri-mənası da var. Bizim ata-babalarımız bir çuğun aftafada darçın, zəncəfil çayı qaynadıb içiblər. Hətta bu növ çay çox adamlara məqdur olmayıb. Qəddin arxalıq, naşur tuman geyib, ayaqda başmaq ilə ömr keçirdiblər. O zamana keçib gedib. Atam, indi çal papaqlar başlarda, ayaqda cır-cır çəkmə, libas ala firəngi. Guya ki bu cənablar Paris darülfünunlarında elm təhsil edib kurs qurtarıblar.Bu sözləri ərz etməkdə mənzurum budur ki, sənə zəmanənin dəyişməyindən söhbət edim. Aşkar görünür ki, ömr və zəmanə insanı həmişə çanaq altında qalmağa qoymur.

19112 dəq
Balaca mütəfərriqələr 45

Keçən pəncşənbə günü dövrədən mənzilə qayıdan zaman bəndəyə bir cənab rast gəlib mənə hücum etdilər.– Ağa Dərviş! Nə tutmusan bizim yaxamızdan, qardaş, əl çəkmirsən? “Uşaqlarınızı oxudunuz, nicatımız elmdədir” – deyərək bizi təngə gətirdin... Atam, bəs deyilmi?!

19112 dəq
Balaca mütəfərriqələr 46

– Yenə nə olub, ağa Dərviş, əhvalını pərişan görürəm?– Əhvalım pərişandan pərişandır. Bu gecə sübhədək yatmamışam. Ancaq göz yaşına elə güc vermişəm.

19112 dəq
Balaca mütəfərriqələr 47

– Kərbəlayı, qardaşım! Buyurursan ki, dərviş yenə dəli olub, ağzına gələni danışır. Qulaq as, atam, görüm sən də dəli olarsan, olmazsan! Bu günlərdə bir alicənaba rast gəlib sual etdim: ağacan, qlasnılar intixabı yaxınlaşır, halınızı pərişan deyirlər, doğrudurmu? “Bu işlərə mən qarışmıram və qarışmayacağam da”, – deyib ağam özünü vurdu kantora... Dayandım... Fikrə getdim... Ciyərim odlandı. Üz qoydum bazara... Rast gəldim bir qeyri-cənaba. Ərz elədim: ağacan, qlasnılar intixabı yaxınlaşır, fikriniz nədir? Ağamın cavabı belə oldu: “Cəhənnəmə yaxınlaşsın, gora yaxınlaşsın... İntixab bir yol olar, iki yol olar, nəinki... Təngə gəlmişik, mən bu işə yaxın durmayacağam, canları çıxsın!” Bu sözləri deyib mindi faytona. Afərin bu cavaba, – deyib mən də uzaqlaşdım... Rast gəldim bir nəfər əhli-ürfana. Başladım şikayəti ruzigardan...– Ağa Dərviş! Əmin-amanlıqdan dəm vurursan, əfəndim... Məgər bizim sözümüzə baxan var! Nahaq zəhmət çəkmə, ağa Dərviş, bizlərdən adam olmaz!

19112 dəq

Başqa şairlərin şeirləri