Bilməm nə xəyal ilə oyandım yenə erkən;Bir quş ki, uça düzlərə, səhralara azadAxşamları öz yurduna həsrətlə dönərkən,Çırpınmağa başlar yenə ruhumdakı fəryad.Qafqaz! O xəyal şahpəri röyama gələrkənBir səs mənə qalx, qalx, - deyə qəmlərdə gülümsər...Yalqız quzu madər * deyə ağlar və mələrkənBir pəncə əzər qəhr ilə vicdanımı yeksər.Əlbət məni, təqib edəcəklər ki, bu fəryadBədbinlərə məxsus, bizi şad etməyəcəkdir.Eyvah ki, min pəncədən olsam da həp azadMəndən o vətən zövqü uzaq getməyəcəkdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən