O axşam gəldim sizə,Nə hörmət etdin bizə?Bir durarıq diz-dizə,Qanında yox hərarət.Eşqimi qanmadınız,Heç də inanmadınız;Neçin utanmadınız?Heç satılırmı afət?Bir şairəm yaralı,Sevdiyimdən aralı;Siz satdınız maralı,Mən çəkirəm xəcalət.Dağlardakı saf suyam,Eşqimin yolçusuyam.Demirəm ki, qoçuyam,Yerində dur farağat!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq