Arkadaş, deyirlər Əfqanda, Çindəİnsanlar boğulur qanlar içində.Yenə də hökm edir xain istismar,Ağrıyan başların bəlaları var.Hər gün yeni bir dərd, yeni bir ələm,Qartal pəncələrdə qəhr olur aləm.Qəhr olur insanlıq, qəhr olur insan.Get-gedə tərk olur, alçalır vicdan;Həm də, gözdən iraq, gəlinlər qızlarƏlləri qoynunda zarıyar, sızlar;Sızlar qoca Şərqin məhkum yavrusıÇoxunun bir parça əkmək qayğusuO qarlı dağlara kim açacaq yol?Komsomol … komsomol … yalnız komsomol…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri