Yaxşı yadımdadır on beş il əzəl,Özgə qundağına layla çaldığın.Uzun saçlarını yolduqca hər əl,Qul kimi qolları bağlı qaldığın.Yaxşı yadımdadır hər səhər erkən,Nehrə çalxadığın, qaymaq tutduğun...Nələr çəkməmisən bu dünyada sən!Bəlkə də onlardan var unutduğun.Bəzən də xanımın süzüb gözünü,Danlayardı səni, söyərdi səni.Dönüb qaytarsaydın onun sözünü,Ağan çəkməsilə döyərdi səni.Özün deyirsən ki, baxıb halına,Körpə yaşlarımda çox ağlamışam.Bir şey yazmamışam ıstiqbalına,Çünki az duymuşam, az anlamışam.Gəlir xatirimə ellər köçəndə,Aranda qaldığın, yoxsulluq dərdi..,Qotazlı karvanlar gəlib keçəndə,Hər gələn ömründən bir çiçək dərdi.Bir axşam varlığa yumub gözünü,Bir qırıq çatıdan asdın özünü.Lakin sən ölmədin, ölüm uzaqdı,Gələcək bir günə inananlardan,Parlaq baxışların qəndillər yaxdı,Yarandın haqqa üçün axan qanlardan.Söylə, yadındamı on üç yaşında,Sən gülüb oynarkən sular başında,Yanından yel olub, bir atlı keçdi,Atlının gözləri tək səni seçdi.O səni top kimi alıb tərkinə,Üstəlik apardı evindəkinə?..

İkinci axşam da əlində Quran,Kəsdi nikahım bir uzun qazı.Çəkdiyin ahları duyduğu zaman,İnlədi dağlarda aşığın sazı.Papaqla vurdular, sən yıxılmadın,Deməli, mümkündür... Yazıldı adın.

Sonra incilərin və almazların,Rənginə uyduqca yumşaldın həmən.Əlvan ipəklərin, ağ atlazların,Qoynunda bir zaman xumarlanıb sən,Saxta bəzəklərə şirnikib qaldın,Sən də gəlin olub, sən də ad aldın.

Yazıq! Çox sürmədi bu "səadətin",Ağardı saçlar tezcə ərinin;Ürpəşdi tüklərin, çimçəşdi ətin,Söküldü varağı can dəftərinin.Keçən bulud kimi, gündüzün qara,Bildin aldanmısan sən bu kaftara.

O köhnə hərifdə anladı ki, sən,Doğrudan da ona tay deyilmişsən.İnsafı tərk edib, haqqı unutdu,O səni yumruğa, qapaza tutdu.Ömrün lampa kimi sönüb qaraldı,Ölüb qalmağına şübhə də vardı...

Bir axşam bəxtinə özün yol açdın,Bir cavan çobana qoşulub qaçdın.Dərələr keçərək, dağlar aşaraq,O kinli gözlərdən uzaqlaşaraq,Getdikcə getdiniz... yenə getdiniz...Uzaqda bir kəndi məskən etdiniz.

Həftələr dolandı, aylar dolandı,Sənin taleyində bir günəş yandı;Körpənin adını Qərib qoydunuz,Yediyi arpalı, yavanlığı duz...

Bir sabah günəşin canlı rənginə,Şəhla gözlərini dikmişdin yenəUşaq da qoynunda bir balıq kimi,Atılıb oynardı günəşə sarı.Sənin də qəlbinin şahin vüqarıO sadə varlıqdan ilham alardı.Ömrünün belə bir səhnəsi vardı...

Günlərin birində bir acı ruzgar ötdü...Hər vüsalda ayrılıq da var.Çobanı vurdular dağlar başında,O səndən ayrıldı ən gənc yaşında.O gündən gəlmədi çobanın səsi,Bir yadigar qaldı onun körpəsi.Ömür dedikləri sorsalar nədir? –Xətləri qarışıq bir xəritədir,İnsanın gözünü şaşırdır bəzən...Sürünüb körpənlə qapılarda sənAlnının təriylə böyütdün onu,Çəkdin ağrısını illər uzunu.Uşaq zəkalıydı, alnı ay kimi,Sevgidən gəlmişdi onun tərkibi.Hər şeyi dinləyər, danışmaq istər,Yanında bir söhbət açılsa əgər,O da böyükləri andıran hallaQarışar söhbətə min bir sualla.Sən də o səhnədən ilham alardın,Qəlbini saz kimi tutub çalardın.Sən oldun şahidi axan qanların,Azadlıq uğrunda qəhrəmanların

Ordusu dağlara yol açan zamanSənin böyütdüyün o Qərib oğlanQarışıb onlara bolşevik oldu,Sən dözə bilmədin, gözlərin doldu: - Oğlum, getmə! - dedin, sözə baxmadı,Düşdü tarixlərə Qəribin adı.

Buludlar açılıb, sular duruldu,Tarixdə başqa bir dövran quruldu:Bəylərin, xanların - qan soranların

Taxtı tarac oldu tamam onların.Bir sabah, çaxnaşan bir böyük kütlə,Eyni həyəcanla və hərəkətləXalqın ciyərindən dalğalanaraq,Əllərdə titrədi bir qızıl bayraq!O böyük dəstədə Qərib də vardı,O bizim ölkədə ilk komissardı.Onun hünərindən, onun adındanAçıldın gül kimi və şadlığındanGöylərə uçmağa qanad aradın...Dəyişdi şöhrətin, dəyişdi adın,Dəyişdi ömrünün əski səhnəsi,Dəyişdi dünyanın əvvəlki səsi...

İndi at üstündə gəzib bəndləriKolxozun yerinə su paylayırsan,Çağırıb yarışa qonşu kəndləriDalda qalanları haraylayırsan.Artıq ağlamırsan, ana, yaslarda.Hərdən özəklərdə və iclaslardaSədrdən söz alıb danışdıqca sənXəyalım nə qədər yüksəlir bilsən!..

Şahid oldun, keçən yazKeçdi soyuq və ayaz.Bahar gəldi gülərək,

Güldü hər gül, hər çiçək,Sular daşıb səsləndi,Dağların da kəməndiQollarını gərərək,Xoş sifət göstərərək,İnsana "gəl" deyirdi,O canlı bir şeirdi.Səkkizi mart günündəGözlərinin önündəDəyişmişdi təbiət,İnsan, həyat və sənət –Hər şey səni qarşılar!Alnındakı o vüqarİlham verdi xəyala,Heyran oldum o hala.Sən dəstəni çəkirdin,Onlara baş çəkirdin.Sevinirdi bu həyat!O təntənə, o büsatTarixlərdə qalacaq,Aşıqlar da çalacaq.Öz sazında adını:Şərqin azad qadını!Qabaqda ney, balabanCoşub dindiyi zamanOğlan qıza qarışdı,Duyğular da yarışdı,Sən də baxıb onlara –Qızlara, oğlanlaraBu günü alqışladın,Birdən nitqə başladın:

"Bu gün mart ayının səkkizindəyiz,Qışın boranları gedib, gəlməsin!Bir yeni dünyanın yolçusuyuq biz,Qarşıya çıxmasın nə tanrı, nə din!Qışın boranları gedib, gəlməsin!"

Uşaqlıq dövrünü artıq tərk edun,Gələcək bir günə yol alıb gedənQəlbimi quş kimi yemlədikcə mənBilsəniz nə qədər ilham alıram!Aşıqlardan qabaq özüm çalıramŞeirim telində o nəğmələri,Məqsədim yüksəliş, yolum irəli!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri