Ağır yatan ovçu dostum,Gözlərini aç daha,Az qalmışdır sabaha.Oyan dostum, geyin gedək,Lap dan yeri sökülür,Quba qazlar, yaşılbaşlar,Araz üstə tökülür.

Ay da gəlib daxmamızınQapısında dayanmış.Yolumuza yuxa yayanEl qızı da oyanmış.

Alaseyrək tüfəng səsi,Eşidirəm uzaqdan,Tulalar da zingildəşir,Gedək deyir bayaqdan.

Oyan, ancaq acıqlanıb,Yenə məni söymə gəl.Hər yuxudan kal durandaÖz başına döymə gəl.Oyan dəli-dolu dostum,Gözlərini aç daha,Az qalmışdır sabaha.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri