Dan yıldızı
Öpərkən gecələr dəsti-səbahiDuyurdum hərəkət namütənahi…Çəməndə bir gözəl xeyli ilahi,Üzündə zülfünü tarimar gördüm.
Titrəyirdi çəmən, titrəyirdi gül,Oxurdu nəğmələr sabaha bülbül,Bükmüşdü boynunu saralmış sünbül,Qoxladım o yeri, laləzar gordüm.
Uçurdu dağlara quş kimi ceyran,Boylana-boylana səmada tərlan,Oxurdu türkülər səmiə‡ pünhan,Birləşin! — dedilər, bir şüar gördüm.
Buludlar dağılıb doğdu bir pəri,O sevda yerinin doğma dilbəri,Göz atdım gözünə, himlədim bəri,Dayandı şir kimi, pürvüqar gördüm
Əsirdi durmadan birbaşa yellər,Döyürdü bağrını dağ-daşa sellər…Gülürdü al geyib, ağlayan ellər,Bu haqqı danamam, aşikar gördüm.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-dan-yildizi
← → düymələri ilə keçid, R — təsadüfi şeir