Gözəl çiçək, dalğalanır dağ döşü,Nədir o tərpəniş, dəryamı yoxsa?Söylədilər səni könlümün əşi,Həqiqətmi, o da xülyamı yoxsa?

O seyran buludlar, o boylu çinarHəp sənə gülümsər, sənə çırpınar.Deyirsən titrədir məni ruzigar,Bu dərdə mübtəla dünyami yoxsa?

Əmərdim hüsnündən min incə duyğu,Sardımı çöhrəni xəzan soyuğu?Əlvida, əlvida, daldığım uyğuİnanmam ölümmü, röyamı yoxsa?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar