Bunu idrak edib də bir öyrən,Sənə məhkum mən olmadım fikrən.Nə rəvadır vüsala aldanmaq,O titrəyən səsinə həp yanmaq.İstəmişsə də qəlbi-məcruhim,Dəyişdim indi başqa bir ruhim.Azacıq varsa da vicdan əliniz.Məni bir qul kimisə dinləyiniz.Nə zamandan bəri, yavrum, solaraq,O sönən eşq ilə sərməst olaraq,Endim eyvah ki, endikcə dizə,Yenə hicran, yenə dərd qaldı bizə...İştə, bundan məni sarsıtdı həyat,İstəyər... istəyə varmaz bu qanad.Lakin ümmid, o böyük dəsti-kərəmOxuyur qəlbimə bir başqa sənəm:Ki, şəbabin üzü bir gün güləcək,Ağlayan gözləri oxşar, siləcək,Yeni bir səhneyi-ülfət doğacaq,Qaralar zəhrimi birdən soğacaq.O zaman Fikrəti təqib edərəkBu yaxın dağları dümdüz gedərək,Oxuyub keçmişə lənət, yaşaram,Toxunub göylərə bir gün coşaramMəni məhv etsə də fikrim, ələmimYazacaq "Hamleti" coşqun qələmim

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri