Nemətsə də gözəl şeir,Şair olan qəm də yeyir,Ömrü keçir bu adətlə,Uğurlu bir səadətlə.Görən məni nədir deyir:Saçlarına düşən bu dən?Şair, nə tez qocaldın sən?

Dünən mənə öz əlindəGül gətirən bir gəlin dəGözlərində min bir sualHeykəl kimi dayandı lal…O bəxtəvər gözəlin dəMən oxudum gözlərindən:Şair, nə tez qocaldın səni?

Ovçuluğa meyil saldım,Gecə-gündüz çöldə qaldım,Dağ başından enib düzəBir ox kimi süzə-süzəNeçə ceyran nişan aldım;Cavab gəldi güllələrdən:Şair, nə tez qocaldın sən!?

Bəzən uca, bəzən asta,Ötür sazım min sim üstə.Andı yalan, eşqi yalan,Dostluğu da rüşvət olan,Ürək yıxan bir iblis dəÜzəvari deyir hərdən:Şair, nə tez qocaldın sən!?

Saç ağardı, ancaq ürəkAlovludur əvvəlki tək.Saç ağardı, ancaq nə qəm!Əlimdədir hələ qələm…Bilirəm ki, deməyəcəkBir sevgilim, bir də Vətən:Şair, nə tez qocaldın sən!?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri