ضماندار سلامت شد دل من
ضماندار سلامت شد دل منکه دار الملک عزلت ساخت مسکن
امل چون صبح کاذب گشت کم عمرچو صبح صادقم دل گشت روشن
به وحدت رستم از غرقاب وحشتبه رستم رسته گشت از چاه بیژن
شدستم ز انده گیتی مسلمچو گشتم ز انده عزلت ممکن
نشاید بردن انده جز به اندوهنشاید کوفت آهن جز به آهن
دلم آبستن خرسندی آمداگر شد مادر گیتی سترون
چو حرص آسود چه روزه چه روزیچو دیده رفت چه روز و چه روزن
از آتش طعمه خواهم داد دل راچو دل خرسند شد گو خاک خور تن
ببین هر شامگاهی نسر طائربه خوان همتم مرغ مسمن
سلیمانوار مهر حسبی اللهمرا بر خاتم دل شد مبین
نه با یاران کمر بندم چو غنچهنه بر خصمان سنان سازم چو سوسن
نخواهم چارطاق خیمهٔ دهروگر سازد طنابم طوق گردن
مرا یک گوش ماهی بس بود جایدهان مار چون سازم نشیمن
جهان انباشت گوش من به سیماببدان تا نشنوم نیرنگ این زن
مرا دل چون تنور آتشین شداز آن طوفان همی بارم به دامن
در این پیروزه طشت از خون چشممهمه آفاق شد بیجاده معدن
اگر نه سرنگونسارستی این طشتلبالب بودی از خون دل من
من اندر رنج و دونان بر سر گنجمگس در گلشن و عنقا به گلخن
عجب ترسانم از هر ماده طبعیاگرچه مبدع فحلم در این فن
لگامم بر دهان افکند ایامکه چون ایام بودم تند و توسن
زبان مار من یعنی سر کلککزو شد مهرهٔ حکمت معین
کشد چون مور بر کژدم دلان خیلکه خیل مور، کژدم راست دشمن
نبینی جز مرا نظمی محققنیابی جز مرا نثری مبرهن
نیازد جز درخت هند کافورنیریزد جز درخت مصر روغن
نه نظم من به بیت کس مزورنه عقد من به در کس مزین
نه پیش من دواوین است و دفترنه عیسی را عقاقیر است و هاون
ضمیر من امیر آب حیوانزبان من شبان واد ایمن
کبوتر خانهٔ روحانیان رانقطهای سر کلک من ارزن
سفال نو شود گردون چو باشدعروس خاطرم را وقت زادن
برای قحط سال اهل معنیهمی بارم ز خاطر سلوی و من
اگر ناهید در عشرتگه چرخسراید شعر من بر ساز ارغن
ببخشد مشتری دستار و مصحفدهد مریخ حالی تیغ و جوشن
ازین نورند غافل چند اعمیبر این نطقند منکر چند الکن
ازین مشتی سماعیلی ایاموزاین جوقی سرابیلی برزن
همه قلب وجود و شولهٔ عصرنعایموار آتشخوار و ریمن
همه چون دیگ بیسر زاده اولکنون سر یافته یعنی نهنبن
چون موسیجه همه سر بر هواکشچو دمسیجه همه دم بر زمین زن
همه بیمغز و از بن یافته قدرکه از سوراخ قیمت یافت سوزن
عمود رخش را سازند قبلهنهند آنگاه تهمت بر تهمتن
حدیث کوفیان تلقین گرفتهبه اسناد و بقال و قیل و عنعن
لقبشان در مصادر کرده مفعولدو استاد این ز تبریز آن ز زوزن
فرنجک وارشان بگرفته آن دیوکه سریانی است نامش خرخجیون
نداند طبع این حاشا ز حاشانداند فهم آن بهمن ز بهمن
یکایک میوه دزد باغ طبعمولیک از شاخ بختم میوه افکن
مرا در پارسی فحشی که گویندبه ترکی چرخشان گوید که سنسن
چو من لاحول کردم طاعنان رابه گرد من کجا یارند گشتن
نه من دنبالشان دارم به پاسخنه جنگ حیز جوید گیو و بهمن
ز تف آه من آن دید خواهدکه از آتش نبیند هیچ خرمن
که با فیل آن کند طیر ابابیلکه نکند هیچ غضبان و فلاخن
تب ربع آمد ایشان را که ناممبه گرد ربع مسکون یافت مسکن
عجب نه گر شب میلاد احمدنگون سار آمد اصنام برهمن
توئی خاقانیا سیمرغ اشعاربر این کرکس شعاران بال بشکن
دهان ابلهان دارند، بردوزبروت روبهان دارند، برکن
برای آنکه خرازان گه خرزکنند از سبلت روباه درزن
چو شیر از بهر صید گاو سارانلعاب طبع گرداگرد می تن
وفا اندک طلب زین دیو مردمجفا بسیار کش زین سبز گلشن
به درگاه رسول الله بنه بارکه درگاه رسول اعلا و اعلن
مراد کاف و نون طاها و یاسینکه عین رحمت است از فضل ذوالمن
به دستش داده هفت ایوان اخضرکلید هشت شادروان ادکن
Könül asudəlikçin zamin oldu,Köçüb, üzlət evində sakin oldu.Ürəkdə xoş sabahın nuru güldü,Yalançı sübhtək arzum tez öldü.
Burulğandan məni qurtardı vəhdət,Xilaskar Bijənə Rüstəmdi, əlbət.
Mən üzlət mülkün etdim qəmlə abad,Cahan dərdü qəmindən oldum azad.
Dəmir ancaq dəmirlə yumşalar, bil,Qəm ilə sən də könlündən qəmi sil!
Mənim ruzi anam sonsuzdur, olsun,Könüldə, gözlənir, şadlıq doğulsun.
Yemək nə, oruc nə, tamah sönərsə?Gecə nə, gündüz nə, gözlər gedərsə?
Könlümə istərəm, atəş verim mən,Ürək şad olarsa, nə lazım bədən?
Süleymantək ilahi mehri ilə,İşıqlandı ürək nur möhri ilə.Nə qönçətək belim bağlıydı dostdan,Nə vurdum süsəntək düşmənə tikan.Boynuma salsa da kəndir fələklər,Dörd tağlı çadrını istərəm məgər?Balıq qulağıyca yer olsa, bəsdir,İlan ağzında yer tutmaq əbəsdir.Civə tökmüş qulağıma bu dövran,Eşitməz olmuşam söz dul qadından.
Ürəyim bir alovlu təndir oldu,Odur ki, ətəyim tufanla doldu.
Axıtdı qanımı göy təştə dövran,Gözüm yaşıyla aləm oldu mərcan...
Rəzillər xəznə üstə, mən əzabda,Simurğ küllükdədir, milçək gülabda.
Sənətə olsa da məndə ləyaqət,Qadın təblilərdən qorxuram fəqət.
Məni əyyam gördü, olmuram ram,Yüyən saldı odur ağzıma əyyam.
Qələmim bir ilandır əldə, bilsən,Onunla hikmətim olmuş müəyyən.
Qarışqa əqrəbə divan tutantək,Əzər əqrəbsifət əşran görcək.
Həqqiqətdən alıbdır şerim ilham,Həqqiqətdir nə ki, nəsr ilə yazsam,
Bitər kafur ağacı Hinddə ancaq,Misirdəki ağac isə verir yağ.
Nə şerim bir kəsin şerinə oxşar,Nə tikməmdə yadın mirvarisi var.
Nə qarşımda divan vardır, nə dəftər,Nə İsaçın həvəng var, nə ciçəklər.
Mənim qəlbimdədir, bil, abi-heyvan,Dilim iymən çölündə oldu çoban.
Göyərçinlər məsciddə salsa məskən,Darı verrəm qələmlə nöqtələrdən.
Xəyalım bir yeni məna doğanda,Yeni saxsı olar göylər bir anda.Qəhətlik baş verərsə şerdə, mən,Yağıştək məna yağdırram dilimdən.Əgər Zöhrə qurarsa göydə məclis,Oxur sazla mənim şerimi, şəksiz.Bağışlar Müştəri çalmayla dəftər,Verər Mərrix yəqin qalxanla xəncər.Xabər tutmaz, fəqət, korlar bu nurdan,Susanlar laldır, ondan nə umursan?Bir ovucdur onlar – İsmayililər,Bunlar bir dəstədir - israyililər.Vücudu, qəlbi sırf murdardır, onlar,Dəvəquşu kimi atəş udarlar.Qazantək başsız olmuşlar - qapaqsız,Təza baş tapdılar, ancaq, papaqsız.
Qaranquştək göyə baş qaldırarlar,Yerə quyruq doyüb, zağça olarlar.Beyinsizdirlər, ancaq, dalları çağ,Deşiklə iynə tapmış qiymət ancaq.Həmişə Rüstəmə böhtan deyərlər,Fəqət, Rəxşin əmudundan öpərlər.Təlqin edib kufilərin hədisin,Hay qoparar uşaqtək, bilməz neçin.Biri Zuzənlidir, biri Təbrizli,Deyil pis işləri dünyada gizli.
Biri "haşa"nı "haşa"dan ayırmaz,Biri "Bəhmən" nədir, "bəhmən" nə, qanmaz.
Bağından təbimin meyvə yığarlar,Oğurluq bəs deyil, şaxın qırarlar.
Utanmazlar, məni farsca söyərkən,Fələk türkcə deyər onlara: "Sənsən!"
Fələyə ar ola, məncə, eyibdir,Nədəndir onlara insan deyibdir.
Mənə tənə vurar miskinlər ancaq,Dolanmaz dövrəmə hər nadan, axmaq.
Cavab da vermirəm onlara əsla,Giv, Bəhmən axmaqla çıxmaz cidala.
Ahımla onlara od vurmuşam mən,Necə ki, odlanar atəşlə xirmən.
Fil elə qorxmaz ki, sapand daşından,Qorxar Əbabilin kiçik quşundan.
Yayıldıqca adım dünyaya, aşkar,Paxıllıqdan ölərlər, qızdırarlar.
Əcayibdir, Məhəmməd ki, doğuldu,Bürəhmən bütləri sındı, dağıldı.
Xaqani, Simurğtək qaldır adını,Sındır leşxorların qol-qanadını.
Əbləh adamların ağzını tik sən,Tükünün saqqalın qopar dibindən.
Tülkünün buğundan düzəldib iynə,Ver onu dərziyə - muncuq düzənə.
Bu divxislətlərdən sən umma vəfa,Gülşən az çəkməyib tikandan cəfa.Bağla ümidini peyğəmbərə tək,Onun dərgahıdır hər yerdən yüksək."Kaf' ilə "nun", "yasin", murad və rəhmət,Onun kərəminə bağlıdır fəqət.Onun əlindədir kilidi, bilin,Yeddi göy günbəzin, səkkiz behiştin.
MƏRSİYƏLƏR
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-155
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Leylim içün leylîm içün ben bini mecnûn ideyimLeylim içün leylîm içün ben bini mecnûn ideyimGözlerümün kan yaşını yolma ceyhûn ideyim
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.