آن مصر مملکت که تو دیدی خراب شد
آن مصر مملکت که تو دیدی خراب شدو آن نیل مکرمت که شنیدی سراب شد
سرو سعادت از تف خذلان زگال گشتو اکنون بر آن زگال جگرها کباب شد
از سیل اشک بر سر طوفان واقعهخوناب قبه قبه به شکل حباب شد
چل گز سرشک خون ز برخاک بر گذشتلابل چهل قدم ز بر ماهتاب شد
هم پیکر سلامت و هم نقش عافیتاز دیدهٔ نظارگیان در نقاب شد
دل سرد کن ز دهر که هم دست فتنه گشتاندیشه کن ز پیل که هم جفت خواب شد
ایام سست رای و قدر سخت گیر گشتاوهام کند پای و قدر تیز تاب شد
دفع قضا به آه شب کندرو کنیدهر چند بارگیر قضا تیزتاب شد
گر آتش درشت عذابی است بر نباتآن آب نرم بین که بر او چون عذاب شد
عاقل کجا رود؟ که جهان، دار ظلم گشتنحل از کجا چرد؟ که گیا زهر ناب شد
ربع زمین بسان تب ربع برده پیراز لرزه و هزاهز در اضطراب شد
کار جهان و بال جهان دان که بر خدنگپر عقاب آفت جان عقاب شد
افلاک را پلاس مصیبت بساط گشتاجرام را وقایهٔ ظلمت حجاب شد
ماتم سرای گشت سپهر چهارمینروح الامین به تعزیت آفتاب شد
از بهر آنکه نامه بر تعزیت شوندشام و سحر دوپیک کبوتر شتاب شد
در ترک تاز فتنه ز عکس خیال خونکیوان به شکل هندوی اطلس نقاب شد
دوش آن زمان که طرهٔ شب شانه کرد چرخموی سپید دهر به عنبر خضاب شد
بیدست ارغنون زن گردون به رنگ و شکلشب موی گشت و ماه کمانچهٔ رباب شد
دیدم صف ملائکهٔ چرخ نوحهگرچندان که آن خطیب سحر در خطاب شد
گفتم به گوش صبح که این چشم زخم چیستکاشکال و حال چرخ چنین ناصواب شد
صبح آه آتشین ز جگر برکشید و گفتدردا که کارهای خراسان ز آب شد
گردون سر محمد یحیی به باد دادمحنت نصیب سنجر مالک رقاب شد
از حبس این خدیو، خلیفه دریغ خوردوز قتل آن امام، پیمبر مصاب شد
بدعت ز روی حادثه پشت هدی شکستشیطان خلاف قاعده رجم شهاب شد
ای آفتاب حربهٔ زرین مکش که بازشمشیر سنجری ز قضا در قراب شد
وی مشتری ردا بنه از سر که طیلساندر گردن محمد یحیی طناب شد
ای آدم الغیاث که از بعد این خلفدار الخلافهٔ تو خراب و یباب شد
ای عندلیب گلشن دین زار نال زارکز شاخ شرع طوطی حاضر جواب شد
ای ذوالفقار دست هدی زنگ گیر، زنگکن بوتراب علم به زیر تراب شد
خاقانیا وفا مطلب ز اهل عصر از آنکدر تنگنای دهر وفا تنگیاب شد
آن کعبه وفا که خراسانش نام بوداکنون به پای پیل حوادث خراب شد
عزمت که زی جناب خراسان درست بودبرهم شکن که بوی امان ز آن جناب شد
بر طاق نه حدیث سفر ز آنکه روزگارچون طالع تو نامزد انقلاب شد
در حبس گاه شروان با درد دل بسازکان درد راه توشهٔ یوم الحساب شد
گل در میان کوره بسی درد سر کشیدتا بهر دفع دردسر آخر گلاب شد
از چاه دولت آب کشیدن طمع مدارکان دلوها درید و رسنها ز تاب شد
دولت به روزگار تواند اثر نمودحصرم به چار ماه تواند شراب شد
فتح سعادت از سر عزلت برآیدتکوکشت زرد عمر تو را فتح باب شد
عقل از برات عزلت، صاحب خراج گشتابر از زکات دریا صاحب نصاب شد
سیمرغ را خلیفهٔ مرغان نهادهاندهر چند هم لباس خلیفهٔ غراب شد
معجز عنان کش سخن توست اگر چه دهربا هر فسردهای به وفا هم رکاب شد
اول به ناقصان نگرد دهر کز نخستانگشت کوچک است که جای حساب شد
از طمطراق این گره تر مترس از آنکباد است کو دهل زن خیل سحاب شد
بر قصر عقل نام تو خیر الطیور گشتدر تیه جهل خصم تو شر الدواب شد
گفتی که یارب از کف آزم خلاص دهآمین چه میکنی که دعا مستجاب شد
Gördüyün abad Misir xərab olubdur yaman,
Kəramətli Nil çayı səraba döndü haman.
Səadət sərvi döndü şərr odunda gömürə,
O gömürdə ciyərlər yaxılıb oldu büryan.
Müsibət tufanında axan göz yaşlarıyla,
Göpüklənən qanlı sel qübbə yaratdı qandan.
Göz yaşları qırx qarış qalandı torpaq üstə,
Bəlkə qırx addım uca qalxdı ay işığından.
Sağlamlığın surəti, bir də rahatlıq izi,
Baxanların gözündən pərdədə oldu pünhan.
Könül vermə fıtaəylə əlbir olan dünyaya,
Qal o filin halına ki, zövq alır yuxudan.
Ömür vəfasız olmuş, qəza isə amansız,
Tale dönüb, dəhşətlər asılmış yaxamızdan.
Qəza atı qaçanda küləkçatmaz olsa da,
Sonsuz gecə ahıdır sizi ondan qoruyan.
Püskürən atəş verər bitkilərə min əzab,
Əzabdadır od özü lal axan yumşaq sudan.
Dünya zülm evi oldu, aqillər hara getsin,
Arı nə şirə çəksin, zəhərlənib gülüstan.
Yer kürəsi titrəyir qızdırmalı qocatək,
İztiraba düşübdür amanverməz qovqadan.
Sən dünyanın işini dünya üçün əzab bil,
Necə qartal lələyi tutdu özünə divan,
Fələklərin bəzəyi matəm libası oldu,
Ulduzların üzünə niqab düşdü qaradan.
Dördüncü fələk belə matəm evinə döndü,
Günəşin matəmində Cəbrail ağlayır qan.
Təziyə məktubunu çatdırmaqçün aləmə,
Gecə-gündüz olmuşdur iki göyərçin inan!
Xəyalın çal-çapında axan qanda boyanıb,
Atlas geymiş hinduya oxşadı göydə Keyvan.
Darayarkən gecənin saçlarını fələklər,
Dövranın ağ saçına ənbər səpdi asiman.
Fələyin çalğı çalan əli işə başlayıb,
Gecədən tel düzəltdi, hilalı etdi kaman.
Gördüm: səf çəkib, ağlar göy üzündə mələklər,
Səhərin azançısı qalxıb verəndə azan.
Qulağına səhərin dedim: bu halət nədir?
Çərxin büsatı dönmüş, halı olmuş pərişan?
Ciyərindən bir odlu ah çəkib səhər dedi:
- Əfsus ki, təməlindən alt-üst oldu Xorasan.
Fələk Məhəmməd Yəhya başını verdi bada,
Səncər düşdü zindana, möhnət oldu zindanban.
Bu şah dustaq olarkən xəlifə batdı qəmə,
Bu imamın qətlində peyğəmbər oldu giryan.
Təsadüfən duzlüyün telini qırdı bidət,
Qayda-qanunu pozub, göyə yüksəldi şeytan.
Öz qızıl silahını çəkmə, ey Günəş, yenə,
Səncərin qılıncı, bax, qına girdi qəzadan.
Ey Müştəri, o əlvan ridanı at başından,
Məhəmmədi - Yəhyanı boğdu artıq teyləsan.
Dada yetiş, ey Adəm, yurdun xərabə qaldı,
Sənin o nəcib oğlun ölüb getdiyi andan.
Sən ey can gülşəninin bülbülü, zar-zar ağla,
Xoş ötən qumru uçdu şəriət budağından.
Ey hidayət əlinin zülfüqarı, pas at ki,
Elmin Əbutürabı torpaqda oldu pünhan.
Xaqani, bu əsrdə vəfa umma kimsədən,
Bu darısqal dünyada əsər yoxdur vəfadan.
Hadisələr fılinin ayaqları altında,
Vəfa Kəbəsi olan Xorasan qaldı viran.
Sən arzu edirdin ki, Xorasana gedəsən,
Fikrindən daşın, göçdü oradan omnü aman!
Bu səfər həvəsini qatla, qoy bir kənara!
Sənin taleyin kimi dəyişib, döndü dövran.
Könül dərdiylə uzlaş, qal Şirvan məhbəsində,
Bu dərdi azuqə al, məhşər gününə yollan!
Çox başağrısı çəkdi gül kuzənin içində,
Dönüb gülaba, oldu baş ağrısına dərman.
Son iqbal quyusundan su çəkməyə tikmə göz,
O dolçalar deşilib, iplər didildi çoxdan.
İllər keçər taleyin sənə kömək edincə,
Dörd aydan sonra ancaq şərab olar qəradan.
Üzlət səni dünyada səadətə çatdırar,
Ömrün boyu bağlanan qapıları açarsan.
Üzlətin ver əlidir əqlini zəngin edən,
Necə bulud varlanar dənizin ehsanından.
Qara qarğa xəlifə paltarı geyinsə də,
Simurğ alıb bu adı, olub quşlara soltan.
Dövran boşboğazların atı yanınca getsə,
Möcüz olmuşdur sənin şerinə cilov tutan.
Zəmanə naqisləri əvvəl-əvvəl əzizlər,
Başlar kiçik barmaqdan hər şeyi hesablayan.
Küləkdir, buludları qovaraq təbil çalır,
Qorxma bu yaş dünyanın quru gurhagurundan.
Ağıl qəsrində oldun quşların ən yaxşısı,
Düşməninsə cəhalət çölündə rəzil heyvan.
Dedin: Ey Allah, qurtar tamah əlindən məni,
"Amin" nəyə lazım ki, qəbul olunmuş duan.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-50
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Ah-ah, ey çərxi-qəddar, ah, ey bədruzigar,Künci-zülmətdə əcəb qoydun məni heyranü zar.
Sevgidən danışan şeirlərimiSevgidən danışan şeirlərimiSiz əsla yazmayın mənim adıma.
Pişvaqiədən: Çərx hirətdədir aya nə təmayüldə imişÇərx hirətdədir aya nə təmayüldə imiş,Meyli-xurşidi-fələk hansı şəmaildə imiş
DünyadaQafil dilim, bu nə yoldu tutubsan,Sərf edirsən nə kamaldı dünyada.