فلک کژروتر است از خط ترسا
فلک کژروتر است از خط ترسامرا دارد مسلسل راهبآسا
نه روحالله در این دیر است چون شدچنین دجّال فعل این دیر مینا
تنم چون رشتهٔ مریم دوتا استدلم چون سوزن عیساست یکتا
من اینجا پایبند رشته ماندمچو عیسی پایبند سوزن آنجا
چرا سوزن چنین دجال چشم استکه اندر جیب عیسی یافت ماوا
لباس راهبان پوشیده روزمچو راهب زان برآرم هر شب آوا
به صورِ صبح گاهی برشکافمصلیبِ روزنِ این بامِ خضرا
شده است از آهِ دریا جوشش منتیممگاهِ عیسی قعرِ دریا
به من نامشفقند آباء علویچو عیسی زان ابا کردم ز آبا
مرا از اخترِ دانش چه حاصلکه من تاریکم او رخشنده اجزا
چه راحت مرغ عیسی را ز عیسیکه همسایه است با خورشید عذرا
گر آن کیخسرو ایران و تور استچرا بیژن شد اندر چاه یلدا
چرا عیسی طبیب مرغ خود نیستکه اکمه را تواند کرد بینا
نتیجه دختر طبعم چو عیسی استکه بر پاکیّ مادر هست گویا
سخن بر بکر طبع من گواه استچو بر اعجاز مریم نخل خرما
چو من ناورد پانصد سال هجرتدروغی نیست ها برهان من ها
برآرم زاین دلِ چون خان زنبورچو زنبورانِ خونآلوده غوغا
زبان روغنینم زآتش آهبسوزد چون دل قندیل ترسا
چو قندیلم برآویزند و سوزندسه زنجیرم نهادستند اعدا
چو مریم سرفکنده، ریزم از طعنسرشکی چون دمِ عیسی مصفی
چنان استادهام پیش و پسِ طعنکه استاده است الفهای اطعنا
مرا زانصاف یاران نیست یاریتظّلم کردنم زان نیست یارا
علیاللّه از بدِ دوران علیاللّهتبرّا از خدادوران تبرّا
نه از عباسیان خواهم معونتنه بر سلجوقیان دارم تولّا
چو دادِ من نخواهد داد این دورمرا چه ارسلان سلطان چه بغرا
چو یوسف نیست کز قحطم رهاندمرا چه ابنیامین چه یهودا
مرا اسلامیان چون داد ندْهندشوم برگردم از اسلام، حاشا
پس از تحصیلِ دین از هفت مردانپس از تاویل وحی از هفت قُرّا
پس از الحمد و الرّحمن و الکهفپس از یاسین و طاسین میم و طاها
پس از میقات حج و طوف کعبهجمار و سعی و لبیک و مصلّی
پس از چندین چله در عهدِ سی سالشوم پنجاهه گیرم آشکارا
مرا مشتی یهودیفعل، خصمندچو عیسی ترسم از طعن مفاجا
چه فرمائی که از ظلم یهودیگریزم بر در دیر سکوبا
چه گوئی کآستان کفر جویمنجویم در ره دین صدر والا
در ابخازیان اینک گشادهحریم رومیان آنک مهیا
بگردانم ز بیتاللّه قبلهبه بیتالمَقْدَس و محرابِ اقصی
مرا از بعد پنجه ساله اسلامنزیبد چون صلیبی بند بر پا
روم ناقوس بوسم زین تحکمشوم زنّار بندم زین تعدّا
کنم تفسیر سریانی ز انجیلبخوانم از خط عبری معما
من و ناجرمکی و دیر مخراندر بقراطیانم جا و ملجا
مرا بینند اندر کنج غاریشده مولو زن و پوشیده چوخا
به جای صدرهٔ خارا چو بطریقپلاسی پوشم اندر سنگ خارا
چو آن عود الصلیب اندر بر طفلصلیب آویزم اندر حلق عمدا
وگر حرمت ندارندم به ابخازکنم زآنجا به راه روم مبدا
دبیرستان نِهَم در هیکلِ رومکنم آئین مطران را مطرّا
بدل سازم به زنّار و به برنسردا و طیلسان چون پور سقا
کنم در پیش طرسیقوس اعظمز روحالقدس و ابن و اب مجارا
به یک لفظ آن سه خوان را از چَهِ شکبه صحرای یقین آرم همانا
مرا اسقف محققتر شناسدز یعقوب و ز نسطور و ز ملکا
گشایم راز لاهوت از تفردنمایم ساز ناسوت از هیولا
کشیشان را کشش بینیّ و کوششبه تعلیم چو من قسیس دانا
مرا خوانند بطلمیوس ثانیمرا دانند فیلاقوس والا
فرستم نسخهٔ ثالث ثلاثهسوی بغداد در سوق الثلاثا
به قسطنطین برند از نوکِ کلکمحنوط و غالیه، موتی و احیا
به دست آرم عصای دست موسیبسازم زان عصا شکل چلیپا
ز سرگین خر عیسی ببندمرعاف جاثلیق ناتوانا
ز افسار خرش افسر فرستمبه خانان سمرقند و بخارا
سم آن خر به اشک چشم و چهرهبگیرم در زر و یاقوت حمرا
سه اقنوم و سه قرقف را به برهانبگویم مختصر شرح موفا
چه بود آن نفخ روح و غسل و روزهکه مریم عور بود و روح تنها
هنوز آن مهر بر درجِ رحم داشتکه جانافروز گوهر گشت پیدا
چه بود آن نطقِ عیسی وقتِ میلادچه بود آن صومِ مریم وقتِ اصغا
چگونه ساخت از گِل مرغ عیسیچگونه کرد شخص عازر احیا
چه معنی گفت عیسی بر سر دارکه آهنگ پدر دارم به بالا
وگر قیصر سکالد راز زردشتکنم زنده رسوم زند و استا
بگویم کان چه زند است و چه آتشکز او پازند و زند آمد مسما
چه اخگر ماند از آن آتش که وقتیخلیلاللّه در آن افتاد دروا
به قسطاسی بسنجم راز موبدکه جوسنگش بود قسطای لوقا
چرا پیچد مگس دستار فوطهچرا پوشد ملخ رانین دیبا
به نام قیصران سازم تصانیفبه از ارتنک چین و تنگلوشا
بس ای خاقانی از سودای فاسدکه شیطان میکند تلقین سودا
رفیق دون چه اندیشد به عیسی؟وزیر بد چه آموزد به دارا؟
مگو این کفر و ایمان تازه گردانبگو استغفرالله زین تمنا
فقل و اشهد بانالله واحدتعالی عن مقولاتی تعالی
چه باید رفت تا روم از سر ذلعظیم الروم عز الدوله اینجا
یمین عیسی و فخر الحواریامین مریم و کهف النصاری
مسیحا خصلتا قیصر نژاداتورا سوگند خواهم داد حقا
به روح القدس و نفخ روح و مریمبه انجیل و حواری و مسیحا
به مهد راستین و حامل بکربه دست و آستین باد مجرا
به بیت المقدس و اقصی و صخرهبه تقدیسات انصار و شلیخا
به ناقوس و به زنّار و به قندیلبه یوحنّا و شمّاس و بحیرا
به خمسین و به دنح و لیلةالفطربه عیدالهیکل و صوم العذارا
به پاکی مریم از تزویج یوسفبه دوری عیسی از پیوند عیشا
به بیخ و شاخ و برگ آن درختیکه آمد میوهش از روح معلا
به ماه تیر کانگه بود نیسانبه نخل پیر کانجا گشت برنا
به بانگ و زاری مولو زن از دیربه بندِ آهنِ اسقف بر اعضا
به تثلیثِ بروج و ماه و انجمبه تربیع و به تسدیسِ ثلاثا
ز تثلیثی کجا سعد فلک راستبه تربیع صلیبت باد پروا
که بهر دیدن بیتالمقدسمرا فرمان بخواه از شاه دنیا
ز خطِّ استوا و خطِّ محورفلک را تا صلیب آید هویدا
سزد گر عیسی اندر دیر هرقلکند تسبیح از این ابیات غرّا
Tərsaların xətti kimi tərsinə işlər fələk,Boynuma bir zəncir salıb, saxlar məni rahib tək.
Bu deyrdə sakin deyil məgər həzrəti İsa –Ki, Dəccalın işin işlər mina rəngli kəlisa?
Bax Məryəmin sapı kimi ikiqatdır bədənim,İsadakı iynə kimi təkcədir qəlbim mənim.
Möhkəm iplə əl-qolumu bağlamışlar burada,Necə İsa bir iynəyə bağlı qalmış orada.
Necə olmuş: Dəccal kimi təkgöz olan bir iynə –İmkan tapıb sancılmışdır İsanın sinəsinə.
Rahiblərin paltarı tək, gündüzüm olmuş qara,Hər gecə mən rahib kimi başlaram ahü-zara.
Sur kimi nəfəslənən ahlarımla hər səhər,Mavi damın bacasında yerləşən xaç deşilər.
Dəryaları buxar edən ahıma tuş gələrək –İsa üçün təyəmmümgah oldu dördüncü fələk.
Mənə ülvi atalarım olmadılar mehriban;Odur ki, mən saqınıram İsa kimi atadan.
Mənə bilik ulduzunun nə olacaq faydası?Mən zülmətəm, parlamaqdır ulduzumun qaydası.
Ruh olmuşsa Keyxosrov tək İran, Turan hakimi,Niyə zülmət bir quyuda qalmışdır Bijən kimi?
O dördüncü göydə İsa günəşlə həmxanasa,Bundan nə həzz ala bilər İsa quşu – yarasa?
Niyə İsa öz quşunun özü təbibi olmur –Ki, o quşun kor gözünə özü bağışlasın nur?
Təbimin bu körpələri birər İsaya oxşar,Anasının paklığını hər biri etmiş ixtar.
Məryəm xurma ağacilə göstərmişsə möcüzü,Mən təbimin paklığına şahid gətirrəm sözü.
Beş yüz ildir doğulmamış mənim kimi sənətkar,Yalan yoxdur bu sözümdə, mənim min şahidim var.
Yaralanmış könlüm oxşar barlı arı şanına,Verdiyim bal bulanmışdır ürəyimin qanına.
Ah odumla alışaraq yanan bu yağlı dilim, –Tərsamıyam məgər? – Dönüb olmuş mənim qəndilim?
Düşmən məni zəncir ilə bağlamış üç tərəfdən,.Asıb daim odlayırlar, məgər bir qəndiləm mən?
Axıdıram, Məryəm kimi yerə tikib başımı, –Məsihanın nəfəsi tək saf olan göz yaşımı.
Necə iki əlif durar bir “ətənə” sözündə,“Tən”in o cür dayanmışam arxasında, önündə.
Mənə zərrə yardım etmir təəssüfü dostların,Nə lüzumu var bu qədər fəryadın, ahü-zarın?
Zəmanənin pislərindən həqqə aparram pənah,Allahsızı haqq yoluna özü gətirsin Allah.
Abbasilər qapısına getmərəm kömək üçün,Səlcuqilər qapısında inləmərəm bircə gün.
Bu dövrandan görməmişəm nə ədalət, nə kərəm,Nə Arslan, nə də Buğra qapısına gedərəm.
Yusif yoxdur, qıtlıq günü eləsin məni təmin,Birdir mənim gözlərimdə Yəhuda, İbn-Yəmin.
Müsəlmanlar mənə qarşı ədalətsiz oldular;Mən dinimdən əl çəkimmi? Bunun nə mənası var?
Yeddi yerdən din elmini təhsil edəndən sonra,Yeddi kitab üzrə vəhyə təhlil verəndən sonra,
Əzbərləyib “Əlhəmdüllah”, “Əlkəhf”i, “Ərrəhman”ı,Həm “Yasin”i, həm “Tasin”i, həm “Mim”i, həm “Taha”nı,
Miqatdan həccə gedib təvaf edib Kəbəni,Səyü cümar icra edib, görüb əsl qibləni,
Otuz ildə neçə dəfə çillə tutandan sonra,Necə gedib əlli günü pəhriz tutum aşkara?
İudanın tay-tuşudur düşmənlərim, odur mən –İsa kimi çox qorxuram gözlənilməz tənədən.
Nədir əmrin, İudanın sitəmindən qorxaraq,Mən Sükuba kilsəsinə düşüm əlindən qaçaq?
Nədir mənim, gedib küfrün kandarında yer tutam?Gözləməyin öz dinimin yolunda ali məqam?
Abxazların qapısını gedib göyüm əlimlə?Rumluların məzhəbinə iqrar edim dilimlə?
Qiblim olan Beytüllahdan mən necə üz döndərim?Olsun Beytülmüqəddəsin mehrabı səcdə yerim?
Əlli ildir müsəlmanam, ağartmışam saçımı,İndi gedib ayağıma zəncir edim xaçımı?
Məhkumluqdan gedib öpüm kəlisanın zənginı?Zülm əlindən zünnar asıb, dəyişdirim rəngimi?
Səryanilər hədisini İncil üzrə şərh edim?Tövratdakı müəmmanı oxumağa mən gedim?
Nacorməklik hara, Məxran kilsəsində mən hara?Bokratilər qapısına gedib, istəyim çara?
Necə gedib zahid kimi mağaralarda qalım,Əynimə bir çuxa geyim, orada “molo” çalım?
Əvəz edim bir palazla ipək xara köynəyi?Bətriq kimi yurdum olsun qayaların ətəyi?
Uşaqların boğazına taxta dua asan tək,Bu yaşımda xaç asarsam, əqilsiz olam gərək.
Mənə hörmət etməzlərsə Abxazyada, nə edim?Oradan da yola düşüb, Rum ellərinə gedim?
Gedib Rumun heykəlində məktəb açım təzədən?Mətran qoyan ayinləri başlayım təlimə mən?
Səqqa oğlu kimi atım ridanı, teyləsanı?Zünnar asım, bərnəs geyim, olum donuz çobanı?
Verim böyük Tərsiqusun qarşısında imtahan,Söhbət açım Cəbrayıldan, oğuldan, həm atadan?
Bir sözümlə, nə qədər var üç əsasa inanan, –Haqq yoluna çıxar dərhal təreddüd quyusundan:
Üsqüf mənim biliyimi üstün tutar, verər həqq,Yəqub ilə, Nəstur ilə Məlkaya qarşı mütləq.
Kəşf edərəm öz əlimlə əsrarını lahutun,Göstərərəm, nə deməkdir həyulası nasutun,
Dərs almağa məndən gələr dəstə-dəstə keşişlər,Onlar hələ mənim kimi bir alim görməmişlər.
Deyərlər ki, bu, hikmətdə ikinci Bətlimusdur,Böyüklükdə, hörmətində şöhrətli Filakusdur.
Qüstəntinə aparılan yazımın hər kəlməsiÖlülərə hunut olar, dirilərin sürməsi.
Mən Musanın əsasını hardan olsa alaram,O əsanı sındıraraq, xaç şəklinə salaram.
Məsihanın eşşəyinin peyinini basıb mən,Burun qanın dayandırram qoca abidin fövrən.
Səmərqəndlə Buxaranın xəqanına tac deyə,Göndərərəm o eşşəyin noxtasını hədiyyə.
Gümrahların göz yaşilə dırnağını eşşəyin –Tutduraram mən qızılə, lələ, yaquta yəqin.
Üç üqnumu, üç qurğufu öyrənərəm mən əzbər,Dəlillərlə məzmununu şərh edərəm müxtəsər.
Nə çay idi, nə çimməkdi, nə yengindən püfləmək?’Bir halda ki, çılpaq idi Məryəm, Cəbrayılsa tək.
Necə yəni bəkarəti pozulmadan Məryəmin, –Bətnində bir gövhər onun canlandı həmin-həmin?
Necə İsa yaratmışdır canlı bir quş palçıqdan?Necə Məryəm sübut etdi ki, o günahkar deyil?
Necə İsa yaratmışdır canlı bir quş palçıqdan?Necə ölmüş Azərə o yenidən vermişdi can?
Necə yəni dar başında İsa dedi gedirəm,Yuxarıda öz atamın səsini dərk edirəm?
Əgər Zərdüşt dini ilə maraqlanarsa qeysər,Əlim ilə Zənd-Avesta ayinləri dirilər.
Deyərəm ki, od nə idi, haradan yarandı Zənd –Ki, onların ikisindən ad aldı zənd-pazənd?
Nə kül idi, yerdə qalan o oddan ki, bir zaman –Alışaraq yandı, etdi Xəlilüllahı heyran?
Bir məbədi təraziyə qoyub axtarsam taraz,Luka oğlu Qəsta onun yəqin pərsəngi olmaz.
Nə üçündür bədənina milçəklər fitə bağlar?Nə deməkdir çəyirtgənin ayağında o şalvar?
Məşhur olan Çin Ərtəngi Tənglüşadan gözəl,Qeysərlərin şənində mən yazaram təsnif, qəzəl.
Ey Xaqani, bu yaramaz fikirləri boşla sən,Çünki bu cür fikirləri şeytandır təlqin edən.
İsa üçün nə düşünər alçaq olsa yoldaşı?Pis vəzirdən nə qavraya bilər sultanın başı?
Bəsdir, daha, küfrə son qoy, təzədən imana gəl,Tövbə eylə dediyindən, arzulardan götür əl.
Söylə, iqrar edirəm ki, böyükdür, təkdir Allah,Mənim tərif etməyimdən qat-qat yüksəkdir Allah.
Buradadır İzzüddövlə, Rumun böyük hakimi,Nəyə lazım Ruma getdim yoldan azanlar kimi.
O, İsanın sağ əlidir, həvarilər bayrağı,O, Məryəmin əminidir, nəsaralar dayağı.
Sən ey İsa təbiətli, Qeysər oğlu, sən məni –Dinlə bir az, and verirəm bir Allaha mən səni;
And verirəm Cəbrayilə, ruh püfünə, Məryəmə,Həm İncilə, həvariyə, həm İsəbni-Məryəmə.
O doğruluq beşiyinə, o bakirə hamilə,Həm o ələ, o qola ki, mayalandı yel ilə;
Çaxmaq daşı, Əqsa deyri, Beytülmüqəddəsə mən –And verirəm Şəlixaya, Ənsariyə, pak ikən.
And verirəm zünnar ilə, naqus ilə qəndilə,Yuhənnaya, Bəheyraya, Şəmmasə, gəl rəhm elə.
Həm Allaha, həm qurbana, həm Fitrə axşamına,Həm Məryəmin orucuna, həm heykəl bayramına;
Məryəmə ki, qoymamışdı Yusiflə baş yastığa,İsaya ki, yerləşməmiş bətndə uşaqlığa;
O ağac ki, həqqin ruhu olmuş onun meyvəsi,Sən olsan o ağacın qol-budağı, rişəsi.
And verirəm o qışa ki, birdən dönmüş bahara,O qocalmış ağaca ki, cavanlaşmış dübara;
Kəlisada inləyərək, “molo” çalan rahibə,Öz əlilə öz boynuna zəncir salan rahibə.
And verirəm o üç bürcə, o ulduza, o Aya,O təslisə o tərbiə, təsdisə, səlasaya.
O üçlüyə ki, ucadır səmanın ülkərindən,Dörd yan xaça, külək üçün düzələn bacaya, sən –
Mənə Beytülmüqəddəsi görmək üçün rüsxət al,Bu xüsusda dünyaların sultanını başa sal.
Ki, üstüva xətti ilə mehvərin xətti əgər –Birləşsələr, nəticədə bir xaç əmələ gələr.
Layiqdir ki, bu şerimi İsa öyrənsin əzbər,Təsbehində vird eyləsin hər beytimi səhərlər.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-8
← → düymələri ilə keçid, R — təsadüfi şeir