چه کرده‌ام بجای تو که نیستم سزای تونه از هوای دلبران بری شدم برای تو

مده به خود رضای آن که بد کنی به جای آنکه با تو داشت رای آن که نگذرد ز رای تو

دل من از جفای خود مَمال زیر پای خودکه بد کنی به جای خود که اندر اوست جای تو

مکن خراب سینه‌ام، که من نه مرد کینه‌امز مهر تو بری نه‌ام، به جان کشم جفای تو

مرا دلی‌ست پر ز خون، به بندِ زلف تو درونپناه می‌برم کنون به لعل جان‌فزای تو

مرا ز دل خبر رسد، ز راحتم اثر رسدسحرگهی که دررسد نسیم دل‌گشای تو

رخ و سرشک من نگر که کرده‌ای چو سیم و زرتبارک اللَّه ای پسر قوی‌ست کیمیای تو

نه افضلم تو خوانده‌ای، به بزم خود نشانده‌ایکنون ز پیش رانده‌ای، تو دانی و خدای تو

Sənə nə etmişəm, nigar ki, adlanım bietibar?
Yolunda mən gözəllərin sevdasından oldum kənar.
Mənə etmə belə sitəm, sənsən mənə, bil, möhtərəm,
Qəddim olur qarşında xəm, hazıram hər əmrinə, yar!
Cəfa etməz nazlı gözəl, qəlbimdə məhv olur əməl,
Könlüm sənə yuvadır, gəl, öz əlinlə eyləmə xar.

Xarab etmə könlümü sən, kinlə sənə baxmadım mən,
Sevgin çıxmaz ürəyimdən, sənə olsun canım nisar.

Bu ürəyim dönüb qana, düşüb zülfündə zindana,
Pənah qalıb zənəxdana, o al dodağa, gülüzar!

Ürəyimdən gələr xəbər, rahatlığa xoş müjdələr,
Əsən zaman səhər-səhər nəsimin, ollam bəxtiyar.

Göz yaşıma sal bir nəzər, biri gümüş, birisi zər,
Olsun sənə afərinlər, kimiyanda məharət var.

O Əfzələm ki, hər zaman ona sən idin mehriban,
İndi neçin bəs qovursan, sən bil, bilsin pərvərdigar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq