تب‌ها کشم از هجر تو شب‌های جدائیتب‌ها شودم بسته چو لب‌ها بگشایی

با آنکه دل و جانم دانی که تو را اندعمرم به کران رفت و ندانم تو که رایی

از غیرت عشق تو به دندان بگزم لبگر در دلم آید که در آغوش من آیی

گفتی ببرم جان تو، اندیشه در این نیستاندیشه در آن است که بر گفته نپایی

شد ناخن من سفته ز بس کز سر مژگانانگشت مرا پیشه شد الماس ربایی

خاقانی از اندیشهٔ عشق تو در آفاقچون آب روان کرد سخن‌های هوایی

Hicran gecəsi sübhə qədər odda yanır can,
Xoş söz desən, əlbəttə, sağallam mən, a ceyran!
Sən yaxşı bilirsən, bu könül təkcə sənindir,
Ömrüm tükənibdir, nə olar qeydimə qalsan'?!

Qeyrət çəkərək, hey dodağı dişləyirəm mən,
Gəlsən mənim ağuşuma, ollam sənə qurban.

Sən vədə veribsən, alacaqsan canı məndən,
Mən qorxuram, ey yar ki, bu vədən çıxa yaddan.

Kirpikləri dirnaqla düzərkən gözüm üstə,
Almasları cəzb etdi mənim barmağım asan.

Xaqani belə inciləri səpdi cəhana,
Eşqinlə o gəlmiş belə ilhamə, a canan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq