ز دلت چه داد خواهم که نه داور منیز غمت چه شاد باشم که نه غم‌خَور منی

همه عالم آگهی شد که جفاکش توامنیَم از دل تو آگه که وفاگر منی

دلم از میانه گم شد عوضش چه یافتمکه نه حاصلم همین بس که تو دلبر منی

نفسی دریغ داری ز من ای دریغ منز تو قانعم به بوئی که سمنبر منی

به کمند زلفت اندر خفه گشت جان مندیتش هم از تو خواهم که تو داور منی

به لبت شفیع بردم که مرا قبول کنبه ستیزه گفت خون خور که نه درخَور منی

ز در تو چند لافم که تو روزی از وفابه حقایقی نگفتی که سگ در منی

Niyə söz açım könüldən sənə, məhrəmim deyilsən,
Qəmimi duyanmasan da, yanıram sənin qəmindən.

Bütün aləmə əyandır, çəkirəm sənin cəfanı,
Mənə sən vəfalısanmı? Deyə bilmərəm ürəkdən.

Ürəyim yoxa çıxıbsa, əvəzində kaş biləydin,
Onu sən qapıb apardın, demək, ovçu dilbərimsən!

Mənə bir nəfəs yaxınlaş, duyum ətrini bir anlıq,
Ciçəyim, o ətri məndən niyə sən əsirgəyirsən?

Canımı fənaya verdi qara zülfünün kəməndi,
Ödə qan bahası, ban, mənə ləli-ləblərindən.

Ləbinə pənah apardım, məni, söylədim, qəbul et!
Dedi: - Şəhddən gözün çək, qana qane ol, çəkil sən!

Bu Həqayiqi qapında nə qədər fəğana gəldi,
Ona bircə kəlmə söz də demədin vəfa üzündən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq