گر به شروانم اهل دل می‌مانددر ضمیرم سفر نمی‌آمد

ور به تبریزم آب رخ می‌بودارمنم آبخور نمی‌آمد

ور به ارمن دو جنس می‌دیدمدل به جای دگر نمی‌آمد

هرچه می‌کردم آسمان با مناز در مهر در نمی‌آمد

هرچه می‌تاختم به راه امیدطالعم راهبر نمی‌آمد

خون همی شد ز آرزو جگرمو آرزوی جگر نمی‌آمد

آرزو بود در حجاب عدمبه تمنا به در نمی‌آمد

همتی نیز داشتم که مرادو جهان در نظر نمی‌آمد

بیش بیش آرزو که بود مرابا کم کم به سر نمی‌آمد

آب روزی ز چشمهٔ هر روزیک دو دم بیشتر نمی‌آمد

دل نمی‌داشت برگ خشک آخروز جهان بوی تر نمی‌آمد

ترک بیشی بگفتم از پی آنککشت دولت به بر نمی‌آمد

آنچه آمد مرا نمی‌بایستو آنچه بایست بر نمی‌آمد

Şirvanda olsaydı qanan adamlar,
Heç səfər fikrinə düşməzdim, inan.
Olsaydı xoş günüm Təbrizdə hərgah,
Ərmən torpağında salmazdım məkan.

Ərməndə olsaydı qiymət verənim,
Başqa bir diyara getməzdim ordan.

Nə qədər çalışdım, çapaladımsa,
Mənimlə olmadı fələk mehriban.

Yüyürdüm, yoruldum ümid yolunda,
Taleyim gülmədi üzümə bir an.

Ciyərim həsrətlə qana döndüsə,
Ürək istəyinə yetmədi, aman!

Yoxluq pərdəsinə büründü istək,
Yalvardım, girmədi əsla qapımdan.

Dünyaya sığmayan hümmətim vardı,
Ona dar gələrdi hər iki cahan.

Arzum, istəklərim dərya qədərdi,
Birinə çatmağa olmadı imkan.
Ruzinin suyu da bulaq gözündən
Ancaq iki qətrə axdı çox zaman.

Könlümün bir quru yarpağı yoxdu,
Duymadı yaşıllıq ətri cahandan.

Əlimi üzmüşəm bolluqdan, axır,
Bəxtin tarlası da bar vermir əlan.

Mənə verilənlər gərək deyildi,
Gərək olanı da vermədi dövran.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale