Nameyi-əvvəl. Rəftəne-səba besuye-mə’şuq (Birinci məktub. Səbanın Mə’şuqun yanına getməsi)
Gəldi və əlimdən aldı məktub,Əzm etdi, yeridi suyi-məhbub.
Der: – Hümmət edin bizimlə həmrah,Etməyə məlamət ol şahənşah.Dedim ki, rəfiqin ola mərdan,Tən munda qalıb, səninlədir can.Ol getdivü qaldım anda giryan,Səd nalə konanü zarü əfğan.Gəh dağ üzə əsdi, gahi daşda,Gəh xüşk üzə əsdi, gahi yaşda.Sürdü qatı atın ol vəfadar,Ol bağə irişdi k-andadır yar.Gördü ki, bir adlı şah imiş ol,Nə yerdə, fələkdə mah imiş ol.Gülşəndə bülənd otağü eyvan,Səncərlə səlatin ana divan.Yüzinə baxarsa, gün dutar yüz,Hər gün saçı birlə dil dutar yüz.Qarşudadurur mələk yasavul,Hər kimi görür, edir ki, savul.Dutmuş yüzü birlə nur baği,Eyvani-fələkdədir otağı.Çün gördü anı Səbayi-miskin,Çəkdi cilovunu, oldu ğəmginKim, bu pəridir cəhanda məşhur,Xudbinü cəmalü hüsnə məğrur.Necə varım imdi həzrətinə,Ta irişə ərzə xidmətinə?Dərman edə yar o dərdməndə,Kar etdi anın bu dərdi məndə.Durmuşdu Səba qılıb təfəkkür,Barmağını dişlib əz təhəyyür.Nagah önünə çü gəldi bir pir,Xoş şəklü şəmayil, özü dilgir.Yanına gəlib Səba rəvani,Söylədi ana sözün nihani.Sordu ana kim, Səbamısan sən?Eşq əhlinə aşinamısan sən?Kim, aşiqi-xəstədən gəlirsən,
Halından anın xəbər bilirsən.Aydır ki, bəli, Səba mənəm der,Sözüm yetürüm, xanı Sənəm der.Ta andan ola bu iş sərəncam,Kim məndən ana yetürə peyğam.Aydır ki, mənəm ol, ey xoş avaz,Ölmüşlər içün Məsihi-dəmsaz.Mən dəxi nigarə bağbanəm,Aşiqlərə yarü mehribanəm.Mən demişidim, sana ki, gəlsin,Mə’şuqə nə der, sözünü bilsin.Oldur oturur otağ içində,Sən bir dəm otur bu bağ içində.Mən varayım ol nigar qatına,Ol dilbəri-gül’üzar qatına.Könlün görəyim neçükdür anın,Sözün deməgə o natəvanın.Oturdu Səbavü ol yeridi,Söz deməgə fürsət istər idi.Qulluğa irişdi, durdu bir dəmKönlüni aradı, gördü xürrəm.Xəndan çəmən içrə tazə gül tək,Boynu sürahi, dodağı mül tək.Aydır ki, deyim sözü, məhəldir,Könlü fərəhü dəmi gözəldir.Qorxar yürəgivü gah edər dəf’Der ərzə edim, yenə qılur rəf’.Bir qatla özünə eylədi fərz,Bəs qıldı nigarə sözləri ərz.Aydır ki, əya dəm afitabi,Bir söz desəm, eyləmə itabi.Bir qasidi-xəstə hali gördüm.Yox gəlməgə heç məcali gördüm.Gəlməz yavuğa, həzər qılur ol,Dərgah saru nəzər qılur ol.Vardım yanına, dedim nə kəssən?Kim əhli-səfər, zəbun fərəssən.
Var yazılı əldə bir kitabi,“Ə’teyni” dedimü bilxitabi.Qıldım aluban nəzər be məktub,Gördüm yazılu kəlam be məhbub.Yaş ilən anın donu nəm olmuş,Qan ilən anın yüzü dəm olmuş.Çəkmişdi bəsi rəhi-bəid ol,Çıxmış zi zəbani-müstəid ol.Nəzm ilə sözü behəm müqabil,Göftari cəmii-yerdə qabil.Yazılmış, əya əmiri-xuban,Dərd ilə ölürmən, eylə dərman.Oldu ğəm ilən belim xəmidə,Rəhm eylə mana, e nuri-didə.Ol dəm ki, mən ol cəmali gördüm,Özümdən özümni xali gördüm.Biəqlü kəlamü huş boldum,Yüz dərdü bəlayə tuş boldum.Ol dəm ki, mən ol pəriyə baxdım,Canü dilimi ocağə yaxdım.Ol dəm ki, yüzünü gördüm anın,Qalmadı dəxi qərarı canın.Rə’na bəzinüb çü bağə düşdü,Dil eşq ilə dərdü dağə düşdü.Nomidi buluban əz dilü canMəcnun təki kuhlərdə üryan.Yox dəxi cəhanda ğəmgüsarım,Səhradə keyiklər oldu yarım.Çox oldu könüldə fikri-fasid,Qıldım bu yola Səbanı qasid.Öz halımı ərzü faş qıldım,Yaşımla bitikni yaş qıldım.Bu vəch ilə halım etdim e’lam,Şəhlərdən olur gədayə ən’am.Gögdən yer üzə yağar yağışlar,Qullar günəh etsə, şah bağışlar.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-dehname-nameyi-evvel-reftene-seba-besuye-me-suq-birinci-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş,Leyk bu nazikliyi lütf ilə çəndan eyləmiş.
Həqin nüsxələrində bir bəyan varHəqin nüsxələrində bir bəyan var,Müqərrər biliniz kim, qanə-qan var.
Həsrətindən dilbəra, qaldı du çeşmim xabsizHəsrətindən dilbəra, qaldı du çeşmim xabsiz,Eylə kim yulduzlar olur gecə göydə xabsiz.
Hər dəm ğəmində naləvü ahim yetər manaHər dəm ğəmində naləvü ahim yetər mana.Dünya yüzündə ol yüzi mahim yetər mana.