Həsrətindən dilbəra, qaldı du çeşmim xabsiz,Eylə kim yulduzlar olur gecə göydə xabsiz.

Ta sədəf ağzında yarın görmüşəm dür dişlərin,Eşq bəhrində könül ol mənidən ğərqabsiz.

Zülməti-hicranda qaldım bir mədəd qıl halimə,Ey pərişən, çünki rüxsar ilə siz məhtabsiz.

Əhli-həq qapından özgə heç yerə qılmaz sücud,Ey sənəm, çün daima aşiqlərə mehrabsiz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətainin vücudi oldu nurindən zühur,İki aləm zərrədir, xurşidi-aləmtabsiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq