I İsmayılın Xanəhməd bağının bağışlanması haqqında hökmü
O, pak Allahdır.
Mehriban və bağışlayan Allahın adı ilə [Möhür:] Əli və onun övladlarına olan məhəbbət ruh kimi mənim bədənimdədir. Heydər oğlu İsmayıl şahimərdanın [Əlinin] quludur.
Hökm Allahıdır.
Qalibliyin atası İsmayıl Bahadur sözümüz
Bu vaxt qərar buyurduq ki, hökmdarlıq məkanı Təbrizdə yerləşən və ardıcıl olaraq seyidlik və dinin cəlalı, abalığın panəhı, səadətin kəsəri, qardaşlıq məhəbbəti bəslədiyim Seyid Süleyman mirzənin sərəncamında olmuş Xanəhməd bağını həmin qayda ilə ona aid bilsinlər və onun vəkillərinin sərəncamına ver-sinlər. Ayrı bir adam oraya dəxalət etməsin. Qeyd olunan hökmdarlıq məkanın darğası, kələntərləri və divan işlərinə baxan rütbəli qulluqçuları yazılmış qayda ilə qərar verildiyini bilsinlər. Hakimiyyətin pənahı, hamının atalığı, dövlət və iqbalın münsifi alicənab Hüseyn bəy Lələ sərəncam verdiyi təqdirdə bu işə heç bir adama qarışmaq fürsəti verməsinlər. Buyuruqdan kənara çıxmasınlar və özlərini vəzifədar bilsinlər. İndicə onların yiyəliyinə versinlər və [oranın] ətrafına dolanmasınlar.
Yüksək qeyd. Yazıldı 914-cü il səfər ayının 15-də.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-i-ismayilin-xanehmed-baginin-bagislanmasi-haqqinda-hokmu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kuyin sənin ki, rozeyi-darüssəlamdir,Mehrab qaşların ona, çeşmin imamdir.
Qızıl gül, bağü bustanım, nə dersenQızılgül, bağü bustanım, nə dersən?Fəda olsun sənə canım, nə dersən?
Mahimi gördüm ki, yüzindən niqab almış gedərMahimi gördüm ki, yüzindən niqab almış gedər,Pərtövü nurindən anun afitab almış gedər.
Mana cövrü cəfa qılmaq, deyil cananələrdəndirMana cövrü cəfa qılmaq, deyil cananələrdəndir,Yaman yoldaşilən yar olma ki, nadanələrdəndir.
Başqa şairlərin şeirləri
Sübhün çağı bir hikmətə tuş oldum,Desəm inanmazlar, sirri-sübhandı.
Təzə həyat istərəmGördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Qisas böyütsün səniVasif Adıgözəlov bəstələmişdir*Əsən çovğun bu gecə