Bu növi ki, çərxi-fələkBizim ilən mədar eylər,Az çəkər ruzigarımıZülfün tək tirə-tar eylər.

Su oynağı olan mənzilSəbz olmaya, mümkün deyil,Göz yaşı tökdükcə könülDəxi də çox qübar eylər.

Yolunda keçmişəm sərdən,Əbəs yerə bəyaz gərdənBelə ki, saldı nəzərədən,Kim mənə etibar eylər.

Zülfündü pəri-pərvazın,Kimdir ki, çəkəməyə nazın,Dəmbədəm çeşmi-şahbazınDil mürğünü şikar cylər.

Qəm ləşkəri dəstə-dəstəHər tərəfdən gəlir üstə;Bilməzəm, Zakiri-xəstəOnsuz necə qərar eylər?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale