Bilməm neçin ölməyirəm
Bilməm neçin ölməyirəmBərkiyibdir üzüm sənsiz.Həg bilir ki, öz işiməTəəccübəm özüm sənsiz.
Qəmi-eşqin varə-varəƏsər etdi dili-zarə.Çıxsın, səndən özgə yarəƏgər baxsa gözüm, sənsiz.
Nəzər sallam solü sağa,Bir kimsə yox danışmağa,Bu qədər dərdi-fərağaAxır necə dözüm sənsiz.
Gələ gör ki, növcəvanım,Qalmadı tabü təvanım;Lal olub nitqi-zəbanım,Tükənibdir sözüm sənsiz.
Zakirəm, çəkirəm əfğan,Bülbül kimi şəbi-hicran,Əli qoynunda, sərgərdanNə vəqtədən gəzim sənsiz?!
Kitabxana.az · https://kitabxana.az/works/zakir-bilmem-necin-olmeyirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dün hökm qıldı qətlimə ol şəh itab ilə,Şad eylədi gədasını bu xoş cavab ilə.
Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz!Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz!Edər məşuqdən aşiq, budur adət, xudahafiz!
Əgərçi dönmədi, ey dil, fələk mədarın iləƏgərçi dönmədi, ey dil, fələk mədarın ilə,Özü həm olmadı asudə ahü zarın ilə.
Zərdü zəif etsə qəmin hər zaman məniZərdü zəif etsə qəmin hər zaman məni,Filfövr əşki-al qılır ərğəvan məni.