Mən sənə aşiqi-giriftarəm
Mən sənə aşiqi-giriftarəm –
Nə qədər dövri-fanidə varəm.
Yüz gül açılsa könlüm açılmaz,
Sonsiz, ey gül, ziyadə qəmdarəm.
Gecə-cündüz mənə borabərdir,
Mailü-xalü xəttü rüxsarəm.
Paybusin müyəssər olsa mənə,
Elə billəm cahanə sərdarəm.
Sərvi-qəddim əyib qaşın fikri,
Bidi-Məcnun kimi nigunsarəm,
İki sərməst nərgisindəndir,
Müddəti-durdir ki, bimarəm.
Həvəsi-zülfi-tabdarın ilə
Gecə ta sübh olunca bidarəm.
Vəslinə yetməyə ümidim yox,
Ol səbəbdən ki, çox giranbarəm.
Səbrdir çarəsi qəmi-hicrin,
Məndə yox səbr, səxt naçarəm,
Çəkdiyim bəsdi hicr bidadın,
Öldü kuyində gər günahkarəm.
Bir deməzsən, görün, bu nalə nədir,
Bu qədər kim dərində sızlarəm.
Şah olan eyləməz gədasına rəhm?
Mah olan eyləməz xudadan vəhm?
II
Ömrlər sərf edib, üzüb canlar,
Olmuş idim səninlə ancaq yar.
Fikrü-zikrim bu idi kuyində –
Günbəgün qədrü qiymətim artar.
Nə biləydim ki, mən olub məhrum,
Məhrəmi-bəzmi olacaq əğyar.
Həmdəmin osa idi bir adəm,
Xəlq içində mənə deyildi ar.
Nə ki, bir nadürüstü naqabil,
Nə ki, bədtəriqü bədkirdar.
Çəkə ağuşə cismi-yasəməni,
Eyləyə seyri-xalü xotti üzar.
Yüz əmə ləli-badə nuşindən.
Nə bilir ləzzəti-şərabı himar.
Peyrəvi-nəfsi-tiyzkam olma,
Bazgəşti olur bəsi düşvar.
Yoxdu mənlik bir iş, budur vəhmim -
Yetişə bir məqamə axiri-kar.
Üzünə baxmayıb ola səndən
Mətəəzzi təmam xişü təbar.
Pəndimi xah tutma, xahi tut,
Mən dedim getdim, ixtiyarın var.
Olusan bir zaman, gözüm, nədim,
Eyləməz qədr bil sənə heç kim.
III
Bizə ol dəm ki, yarü yavər idin,
Qədrü qiymətdə misli-gövhər idin.
Ura bilməzdi kimsə ləkkə sənə,
Bürci-ismətdə mahi-ənvər idin.
Çeşmi bədbinə atəşin bir mil,
Dili-bədxahə tiğü xəncər idin.
Tapa bilməzdi əl sənə düşmən,
Bir alınmaz rəfi səngər idin.
Hər yana su tək axmağın yox idi,
Gəştiyi-namü nəngə ləngər idin.
Dami-təzvirə səmt düşməz iidin,
Ahuyi-dəşt kimi ürkər idin.
Harda görsən bir əhli-bədkarı,
Şərm edib ruyü muyin örtər idin.
Meyli-hər namünasib etməz idin,
Maili-aşiqi-süxənvər idin.
İltifat eyləməzdin ədnayə,
Xeyli-xuban içində sərvər idin.
Noldu oldun bu növ süfləpərəst?
Sən ki, bir xoşsəliqə düxtər idin.
Xah zahirdə, xah batində
Bizi həddən ziyadə istər idin.
Varə-varə belə kənar oldun,
Axırül-əmr qeyrə yar oldun.
IV
Vədə verdin məni ki, öldürəsən,
Bu ümid ilə xürrəm idim mən.
İntizar ilə keçdi ömür, əfsus!
Olmadım feyziyab tiğindən.
Sənsiz, ey gülüzarü səməndam,
Xardır çeşmimə güli-gülşən.
Əsər etməz, nədəndi, heç sənə,
Bu qədər kim, mən eylərəm şiyvən.
Oxunur lənü tən peydər-pey,
Ola bir nazənin-əhdşikən.
Rəsmü ayini-lütfü mehrü vəfa,
Şəmdən başına dönüm, öğrən!
Hali-pərvanəyə yanıb cigəri,
Gör necə əşk axıdır gözdən!
Asü kəs, qətlimə nədir ehmal,
Zülfi əbrü deyilmi tiğü rəsən?
Etməyim mən nə növ tərki-diyar,
Olmayım mən necə cəlayi-vətən?
Səni tari, bu nə mürüvvətdir,
Edəsən qeyr ilə səfayi-çəmən.
Məhrəmi-bəzmi-vəslin ola rəqib,
Mən baxam özgələr kimi gəndən?
Dedilər mahlar olur bimehr,
Etibar etmədim məni-kovdən.
Hər nə oldu özümdən oldu mənə,
Qanə dönmüş gözümdən oldu mənə.
V
Gördü hər yerdə bir mələkmənzər
Qəddi-dilcuyin etdi məddi-nəzər.
Ləşkəri-möhnət daruni-dilə
Girməyə açdı iki rahi-güzər.
Ol sərəncami-kari bilməyonə
Yalvarıb, yapışıb, dedim nə qədər:
“Sanma kim, xublar nihalından
Dərəsən dərdü qəmdən özgə səmər.
Düşmə dalinə, gəl bu sövdanın,
Çox giranmayələr tapıbdı zərər”.
Sözümə baxmadı o mənbəi-şur,
Pondimi tutmadı o baniyi-şor,
Aqibət saldı canə bir atəş,
Əridi mum tək tənim yeksər.
Ta ki, bəd əz-xərabiyi-Bəsrə,
Bir zaman əql oldu müstəhzər:
Sərvəri-eşq alıb könül şəhrin,
Mülki-canı tutubdu möhkəmtər.
Gedib əldən inani-səbrü şəkib,
Qaldı biçarə acizü müztər.
Neyləsin, dəfi qeyri-mümkündür,
Gələ Xaqani-Çinü ya qeysər.
Eşq sultani güclü sultandır,
Paytəxti onun dilü candır.
VI
Var ümidim ki, iyzədi-mütəal,
Yazmaya zövqü şövqi cümrü vəbal.
Əsəri-eşqi-hüsn ondandır,
Dəxi bizdən nədir cəvabü sual?!
Hüsni-məşuqi eyləyib atəş,
Cismi-üşşaqi xüşk pəmbəmisal.
Odu eşqə verən sürurü səfa,
Odu hüsnə verən cəmalü kəmal.
Dil şikarinə zülf dami-bəla.
Hər birinin ucunda bir çəngal.
Qəmzə sərməst türki-xəncərkeş,
Şüğlü kari müdam cəngü cidal.
Taqi-əbru dü tiğü-xunaşəm,
Çeşmi-cadü dü hindüyi-bədhal.
Tühi bir dəm deyil xətadən xət,
Xali bir dəm deyil cəfadən xal.
Təng qucmaq miyanın eyb etməz,
Olmasa gər aradə bədəfal.
Münkiri-həqdürür edə hər kəs,
Eşqdən dur əhli həqqi-xəyal.
Küfrdür məni-zövqi şövq, vəli,
Var həqiqü məcazdə işkal.
Zövqsüz tən dirəxti-bihasil.
Şursiz sər kəduyi-naqabil.
VII
Hər məkani ki, eşq tutsa məqam,
Olmaz ol mülkdə təriqi-nizam.
Padşah olsa zülmkar, olur
Mərdümi-şəhrə eyşü nuş həram.
Sitəmü cövri-mahrulərdən,
Bəsi naşaddır dili-nakam.
Bir nigarın məni qəmi-hicri
Eyləyib biqərarü biaram.
Nə vüsalinə var ümmidim,
Nə fəraqinə var səbrü dəvam.
Bilirəm ki, bu möhnətin yoxdur.
Çarəsi qeyri-badeyi-gülfam.
Saqiya, ver şərab peydərpey,
Mən ki, xəlq içrə olmuşam bədnam!
Tut əlim bir əyağ ilə, billah,
Qoyma əldən düşəm, behəqqi-kəlam!
Eylə bir növ məstü layəqil
Xüm ayğında ta be-ruzi-qiyam.
Bilməyim ki, nədir səfayi-səhər,
Bilməyim ki, nədir məşəqqəti-şam.
Xakdən ta ki, vəqti-rastaxiz
Götürüm baş, bixüdü sərsam.
Əhli-məhşər soruşsa kimdir bu:
Məstü bibak, əldə camü səbu?!
VIII
Deyim: ey zümreyi-səğirü kəbir.
Mənəm ol Zakiri-bəlayə əsir.
Olmadım rəğbət ilə mən şeyda,
Bir pəri saldı boynuma zəncir.
Etdi bərbad eşqi dil mümkün,
Tapmadın bir kəsi edə təmir.
Biqərarü qəmin ikən gördüm
Oturub xanəgah ara bir pir.
Hali-zarımdan oldu çün agəh,
Ol xücəstəxisalü saf-zəmir.
Dili-süzanıma yanıb cigəri
Dedi: “biçarə, eyləmə təxir.
Al əlimdən bu cürəni nuş et
Kim, zər eylər nə olsa bu iksir.
Gəzəsən bərrü bəhri tapılmaz
Mərəzi-eşq üçün belə tədbir.
Bil ki, bir qətrəsi bu əczanın
Zağı eylər hümay, rubəhi şir.
Bu bir eylə məqamdır, munda
Şah ilə yox gədalərə tovfir”.
Yadi-ləlilə meypərəst oldum,
Mənədə yoxdur bu babdə toqsir.
Ol sitəmkardır bu cürmə səbəb,
Mənə ondan yetib bu rənci təab!
Kitabxana.az · https://kitabxana.az/works/zakir-men-sene-asiqi-giriftarem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ol sərv bu gün seyri-gülüstan edəcəkdi,Şi müşkülə düşdü.
Hüsnün çəməni-xubdən, ey sərvü sənubər!Hüsnün çəməni-xubdən, ey sərvü sənubər!Ta aldadı beydəq,
Ah, yüz min ah, dərvişü qəni, mirü gədayAh, yüz min ah, dərvişü qəni, mirü gəday,Mütləqa bilməz nədir şəri-Nəbi, əmri-xuday,
Bu gün bir məhvəşi-sadə bizə gəlmiş qonaq, oynarBu gün bir məhvəşi-sadə bizə gəlmiş qonaq, oynar,Onun zövqi-vüsalından gəlib rəqsə otaq oynar,
Başqa şairlərin şeirləri
Ola bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı
Şahpalut"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
Qara gözlərO gündən beş ildir tamam,Oruc tutmam, namaz qılmam
Heyf, bir bilmədin, ey gül, dili-zarımda nə var!Heyf, bir bilmədin, ey gül, dili-zarımda nə var!Eşqimin sirri nədir, eyləyə bilməm izhar.