Dedim fuladını nərm eləyəsən,Sən eylədin səngi-xarə, əzizim.İnşallah olur ləhaf müsəlləm –Belə keçsə varə-varə, əzizim.

Asi rəyət bəyi yada salırmı,Ağa sözün ... alırmı,Fuladi-bədgühər yumuşalırmıTa düşməyə yalavlarə, əzizim.

Bir ahəngər soyuq döyə dəmiri,Çıxmaz çəkişindən səsi-səmiri.Mühəssilin uzun olsun ömüri,Xub salıb onları darə, əzizim.

Yetişən tək alıb qulluq da yegin,Bizim mülazimə göstərib...Eşşək ki, xamladı götürməz yükin,Gətiriblər bizi zarə, əzizim.

Canə yetdim dərdü qəmü möhnətdən,Qurtarmadım əndişədən, xiffətdən;Başımı götürüb bu vilaiyətdənGetməliyəm bir diyarə, əzizim.

Bundan əvvəlkilər çalışıb hərçəndBir ev tikməyiblər ola dilpəsənd;Sarcalı xəlqini başdan xudavəndYaradıbdır günüqarə, əzizim.

Bizlər kimi bir-birinin bədxahıTapılmaz, gəzəsən aləmi dahı.Onun üçün qəzəb edib ilahi,Xayınik aşnaya, yarə, əzizim.

Gözəl köhlənləri gecə sübhədənMinib, çapıb qulun tökdürür Həsən.Nəsihət eyləyib hərgiz deməsənÇəkib onu bir kənarə, əzizim:

Ey bihəya, həzər eylə xudadən,Usan təqəllübdən, cövrü cəfadən.Peşiman olursan bu macəradən,Yetirirlər sahibkarə, əzizim.

Yenə təzə oğurlanıb bir yabım,Dəxi ziyanlığa qalmayıb tabım;Budur sizə əvvəl-axır cavabım:– Bu işə eyləyin çarə, əzizim!

Qarabaldır xəlqi oğru yatağı,Tapılmaz gəzəsən doğrusu, sağıHamıdan bir kənar, o it uşağıTalan salıb aşikarə, əzizim.

Fəqır-füqəranın qoyunu, malıYarım saat deyil xətadən xalı.Sakit etmişdiniz bu qiylü qalı,Yenə qarışıbdır arə, əzizim.

Baxşıdan görmüşəm mehrü vəfalər,Bizdən yetir ona hədsiz dualər,Xeyirxahəm ona sübhü məsalər,Cahangirü cahandarə, əzizim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri