Yaxşı dinlə əzanı,Yaradanı, yazanı.Yerin-göyün mizanı,“Allahu Əkbər!”dədir.

Dan yerindən gələn səs,Ulu söz, isti nəfəs,Ürəkdən gələn həvəs,“Allahu Əkbər!”dədir.

Söz aydın, fikir qəti,Uca saxla niyyəti.Dinin əbədiyyəti,“Allahu Əkbər!”dədir.

Mədinə, 1994, iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri