Ata-ana
Xeyrə də, şərə də qardaş olmuşam,Bir gün toydayamsa, bir gün yasdayam.Qəlbimdə dünyanın dərdi, sevinci,Gah şeir məclisində, gah iclasdayam.
Bəzəyib ömrümü yollar, cığırlar,Gah dağda gəzmişəm, gah da aranda.Gözüm bulaqların gözünə düşüb,İçmişəm suları dan qızaranda.
Vaxt olub, fərəhdən dönmüşəm dağa,Yeddi rəng gözümdə yetmiş rəng olub.Ellərin alqışı gül-çiçək kimi,Başımda qızılı bir çələng olub.
Ziyarət bilirəm doğma kəndimi,Oğlu sayıldığım böyük şəhər var.Birini deyirəm, yüz biri qalır,Kim bilir qəlbimdə hələ nələr var.
Gəzsəm də aləmi mən qarış-qarış,Keçsə də günlərim toyda-düyündə,Qəlbimin, eşqimin böyüklüyünüGörmüşəm ellərin böyüklüyündə.
Ev də dinə gəlib, imana gəlib,Bir yerdə olanda anam, atam, mən.Qohumlu, qonşulu, elli, obalıQardaşlı, bacılı Kainatam mən.
Nə çoxdu dünyanın qarlı dağları,Nə çoxdu dənizlər, qədimdən qədim.Ata! Səndən uca, səndən qarlı dağ,Ata! Səndən dərin dəniz görmədim.1973, 14-16 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ata-ana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əllərimin içindədir gözümün yaşı,Tanrı məni yaradanda kövrək yaratdı.
AparandaYaylığım gözümdən betər ağlayır,İnsan gözlərini yaş aparanda.
LövhəQapqara torpağın qadasın alım,Səpdiyim toxumlar yamyaşıl oldu.
Şair gözlərindən yuxu qaçandaTorpaq ayağının altından qaçır,Üfüqlər başının üstündən qaçır.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
DönürEşqindən güc alıb bu ilhamım da,Duyğular qəlbimdə sellərə dönür!
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin