Qaynar həvəsdi,Nəğmədi, səsdi.Dünyaya bəsdiAygünün nazı,Bəhlulun sazı.

Evin işığı,Körpə aşığı.Hər yaraşığı –Aygünün nazı,Bəhlulun sazı.

Gözəldir adı,Şirindir dadı.Toy-tamaşadıAygünün nazı,Bəhlulun sazı.

Yaz küləyidi,Dağ çiçəyidi.Gül ləçəyidiAygünün nazı,Bəhlulun sazı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri