Bağladı
Aşıq bir “Bağlama” dedi,Aranı dağa bağladı.Ölüyə can, nəfəs verdi,Xəstəni sağa bağladı.
Bir məzəli məclis qurdu,Sehirlədi yeri, yurdu.Neçə yerdən düyün vurdu,Bağı yüz bağa bağladı.
Söz götürdü nədən məni,Duydu gəlib-gedən məni.Bir hikmət təzədən məniYurda, torpağa bağladı.
1978, 6 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bagladi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Şirvan ki, səfadə min Sifahanə dəgər
Şirvan ki, səfadə min Sifahanə dəgər,Hər bir daşı yüz ləli-Bədəxşanə dəgər.
MənimiydiBir saat bir yerdə tutmazdım qərar,Araz mənimiydi, Kür mənimiydi.
UnutmaAşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin