Amandı, çəkdiyim özümə yetər,Nələr çəkdiyimi Araz bilməsin.Mənə deməsin ki, niyə qəmlisən,Vətən həsrətini yar az bilməsin.

Həqiqəti sevən, haqqa inanan,Sevgini qəlbinin Allahı sanan,“Şəbi-hicran” deyib yandıqca yananFüzuli dərdini tar az bilməsin.

Zəlimxan, öpərsən həmdəmi, yarı,Silinər ürəyin dərdi, qubarı.Gün gələr, əriyər dağların qarı,Günəşin odunu qar az bilməsin.

1971, 7 oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq