Qoşma
Həyatda hər şeyin öz qiyməti var,Qızıl da lazımdır, mis də lazımdır.Biri acılayar, biri yandırar,Alov da lazımdır, his də lazımdır.
Qışın qış yeri var, baharın bahar,Yayda dərman olur qışda yatan qar.Dağlarda azmağın öz aləmi var,Duman da lazımdır, sis də lazımdır.
Nə filə tapdaq ol, nə qarışqa əz,Zəlimxan, hər zaman ayıq başla gəz.Yamansız yaxşının qədri bilinməz,Yaxşının yanında pis də lazımdır.
1971, 2 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qosma-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
Xoşa o gün ki, mənim qəm günümdə yarım idinXoşa o gün ki, mənim qəm günümdə yarım idin,Ənis-munis, qəmxar-qəmgüsarım idin.
Arpa qədər də tabım yox, a buğdayı üzlü nigar!Arpa qədər də tabım yox, a buğdayı üzlü nigar!Saman kimi saraltmışdır surətimi qanlı yaşlar.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.