“Bir gecəlik Kür olmuşam”şeirinin müəllifi Əli Kərimə

Axşamüstü Kürə baxdım,Min səhərin eşqi iləBir gecəlik Kür olanıxatırladım.Nəfəsi də, nəğməsi dəBu çay kimi gur olanıxatırladım.Yeni şeirin gözlərindəNur olanı xatırladım.Duydum onun qəlbindəkiBöyüklüyü, mətinliyi.Duydum, nədir, nə deməkdirBir gecəlik Kür olmağınAğırlığı, çətinliyi.Bir gecəlik Kür olmaqçünBuludları əlçim-əlçiməyirməli,Yağışları damla-damla,Bulaqları qurtum-qurtumiçməlisən.İldırımın başı üstdənatılmalı,Sıldırımdan keçməlisən.Öz yerini gölməçələr dibində yox,Dənizlərdə seçməlisən.Dolu yağsa, öz qoynundaƏritməyi bilməlisən.Şimşək çaxsa, layla çalıbKiritməyi bilməlisən.

Ürəklərə sərinliyi,Fikirlərə dərinliyiVermək üçün yaşayanaKür deyərəm.Öz ömrünün axarındaƏsrlərin sevincini,Kədərini,Axşamını,SəhəriniYorulmadan daşıyanaKür deyərəm.Kür olanın axmadığı,Gün olmamış,Ay olmamış,Həvəsi var, hünəri yoxOlanlardanArx olsa da, çay olmamışBir gecəlik Kür olanaDağlar uca, düzlər geniş.Əlindədir yoxuş, eniş,İstədiyi məqamlarıEnə bilər, qalxa bilər.Onun şeiri göy çəmənlər,Şirin sözü çiçəklərdir.Laylasıdır səhər yeli,Beşiyisə ürəklərdir.Bu sularda bir ürəyinHəm sevinci, həm yası var.Dalğasında tufanları,Damlasında dəryası var.Nə gözəlmiş şair ömrü,Dəli Kürdə bir gecəlikƏli Kərim dünyası var.

1976, 21 iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri