Yenə təngə gəlib dözüm hər şeydən
Yenə təngə gəlib dözüm hər şeydən,Yenə yola çıxmaq istəyir həsrət,Yorulub quzeydən, bezib güneydən,Doğudan, batıdan dönüb cəsarət.
Quyruğu, yalmanı hörülmüş günlər,Qulyabanı sürmüş yorğun at kimiOxunmuş kitabtək görülmüş günlər,Kəfkirsiz, əqrəbsiz bir saat kimi.
Quraqlıq çox çəkdi, vaxt cadar-cadar,Xoş söz bu ellərə yağmır haçandır,Qəfəsdə bilinməz yer gendir, ya dar,Yenə darlıq çəkən göydə uçandır.
Dünyanın hər günü toyla gələrdi,İnsan taleyinə bürünməsəydi,Göy üzü təsəlli ola bilərdi,Kor quyu dibindən görünməsəydi.
Eyvanda hörümçək tor hörür yenə,Bəlkə də toruna milçək düşəcək,Məndən bu dünyaya, bu yer üzünə,Bir qış sol əlimdən əlcək düşəcək...
1996
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-yene-tenge-gelib-dozum-her-seyden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin