Mənim
Yazın oğlan çağı yollara çıxdım,Gül açdı yolum da, izim də mənim.Dağlar qol açanda, dərələr qucaq,Güldü ürəyim də, üzüm də mənim.
Günəş göy üzündə eləmi yandı,Bilmədim çəmənmi, laləmi yandı.Kərəmmi alışdı, Lələmi yandı,Qarım da əridi, buzum da mənim.
Bahar buludları qədirbiləndi,Ağlasam ağlardı, gülsəm gülərdi.Üstümə göylərin şehi çiləndi,Yatdı dumanım da, tozum da mənim.
Çağırdı qoynuna hər dağ, hər binə,Daşan nəğmələrə dar gəldi sinə.Gəldim bənövşənin ziyarətinə,Boynum da büküldü, dizim də mənim.
1976, 10 may
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menim-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Püstə nə deyər, bəhsini eylər o dəhanın,Ağzına bax ol ağzı açuq hiç mədanun.
Gülün gözəlliyi öz qatilidiGülün gözəlliyi öz qatilidiBülbülün qəfəsi şirin dilidi.
XurşidCamalın şöləsi nuri-təcəlla,Çırağban eyləyib mahalı, Xurşid!
Mahi-ənvərdiKönül bir cananm sevdasmdadı,Cismdə insandı, mahi-ənvərdi,