Bu gün savaş yeridi
Bir parça vətən getdi,Dağ uçdu, daş yeridi.Beyinlərə qan sızdı,Gözlərə yaş yeridi.
Qan vaxtı, qan məqamı,Şəhidlik – şan məqamı.Verməyə can məqamı,Keçməyə baş yeridi.
Vuruş hər qarış üçün,Torpaq üçün, xış üçün.Sabahkı barış üçünBu gün savaş yeridi.
2002, 30 may
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bu-gun-savas-yeridi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Zəlimxan Yaqubun sazında bir tel qırılıb”.“Azadlıq” qəzetində dərc
Baş Yastığa gələndəSəs qınına çəkilər,Otaqda sükut gəzər.
Məndən qorxunuz olmasınBüdrəmək var, yıxılmaq yox,Məndən qorxunuz olmasın.
O quş mənim qəlbimi açmaq üçün oxuyurQuş quşluğuman bilirtutqunam, dumanlıyam,
Başqa şairlərin şeirləri · Vətən
Bu körpəcə meynəni, oğlum, öz əllərimləSənin əziz adına basdırıram torpağa.
Bir günKönül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
Mən Məhsətiyəm, hüsnümə yox tay, ortaqOlmuş mənə heyran o Xorasanla İraq.
YaşadımSadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.