Vətən – qürbət
Yenə də öz yerindədicığır, çəhlim, gədik, yamac.Yenə də öz yerindədibinə, yataq, örüş, arxac.Yenə də öz yerindədiəlvan meşə, məğrur ağac.Bircə mənəm özkökündən qopub uzaqlara düşən.Ət dırnaqdan, kök budaqdan,baş papaqdan ayrı düşür.Köz ocaqdan, su bulaqdan,daş torpaqdan ayrı düşür.Əl pərdədən, barmaq simdən,qol çanaqdan ayrı düşür.Qan damardan, nəfəs candan,söz dodaqdan ayrı düşür.Necə dözür ürəyinəhəsrət adlı yara düşən?Baş yastığa gələn günüdil deməyə sonası yox,Haray çəkib ana desə,“gəldim” – deyən anası yox.Külək əssə uçasıdı,özülü yox, binası yox.Təsəllini nədə tapır,qürbət eldə dara düşən?!
2002, 28 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-veten-qurbet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Sənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
Könlümdəki qəm qönçeyi-xəndanın üçündürGöz yaşlarım ol ləli-dürəfşanın üçündür.
Qəribik, şairim, qəribik, sözümŞairlər qəribdi bu yerüzündəKüçədə, bayırda, evdə, eşikdə,
Məndən fələk ayırdı vəfapişə yarimiMəndən fələk ayırdı vəfapişə yarimi,Tar etdi zülfi-yar kimi ruzigarimi.