Sənə lap yazığım gəlir,Heyif sənə, gözəl dünya.Dərdin yığın-yığın gəlir,Heyif sənə, gözəl dünya.

Belə deyildin əzəldən,Gözəl idin hər gözəldən.Ölüb dünyanı düzəldən,Heyif sənə, gözəl dünya.

Fırlatdılar, hərlətdilər,Yorta-yorta çərlətdilər.Çirkab atıb kirlətdilər,Heyif sənə, gözəl dünya.

Pis yaxşını ram eylədi,Halalı haram eylədi.Çirkinlər bayram eylədi,Heyif sənə, gözəl dünya.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri